Sumqayıt Dövlət Texniki Kollecinində müəllimlərin pulları əlindən alınır?

Sumqayıt Dövlət Texniki Kollecinində müəllimlərin pulları əlindən alınır?
















Direktor Mətanət Pirquliyeva Avropa Oyunları və imtahan pullarını yığdıqdan sonra indi də müəllimlərin maaşlarını kəsməyə başlayıb

Sumqayıt Dövlət Texniki Kollecinin (SDTK) direktoru böyük pullar qazanmaq həvəsinə düşüb. Elə bu səbəbdən də hərəkətə keçib.
JAM.AZ-a verilən xəbərdə deyilir ki, direktor Mətanət Pirquliyeva ötən günlərdə müəllimlərin maaşlarından kəsəcəyini bildirib. Və bunu da guya, Təhsil Nazirliyindəki adamlara verilmək üçün lazım olduğunu iddia edib.
Qeyd edək ki, kollecin direktoru eyni tapşırığı hələ imtahan sessiyası dönəmində də vermişdi. Həmin tapşırığa əsasən bir tələbə belə pul vermədən imtahandan keçə bilməyəcək. Nəzərdə tutulan məbləğ isə 50 manatdan başlayaraq, 250 manata qədər artırılıb.
Məlumatda o da vurğulanır ki, SDTK-nin direktru Mətanət Pirquliyeva həmçinin olimpiada oyunları adı ilə də müəllim və tələbələrdən pul yığdırıb. Özünün müavinlərinə verdiyi təlimata əsasən həmin vaxt hər müəllimin 20 manat, tələbələrin isə 50 manatdan pul gətirmələri istənilmişdi.
Qeyd edək ki, kollecdə Texnologiya müəllimliyi, Mühasibat uçotu, Gömrük işi, Elektrik stansiyalarının və yarımstansiyaların elektrik avadanlıqlarının quraşdırılması, Nəqliyyat vasitələrinin texniki istismarı (nəqliyyat növləri üzrə), Nəqliyyatda daşımaların təşkili, Yol hərəkətinin təşkili, Kompyuter şəbəkələrinin və hesablama texnikasının təmiri və servis xidməti, Kimyəvi birləşmələrin keyfiyyətinə analitik nəzarət ixtisaslar üzrə mütəxəssislər hazırlanır.
Açıqlamalarında bu fakültələrin olduğunu vurğulasalar da, təhsilin biabırçı həddə olduğunu deyiblər. Qeyd edilir ki, kollecin direktoru təhsil ocağına daha çox bizes və gəlir sahəsi kimi baxır. Və bu səbəbdən də SDTK-da təhsilin aşağı həddə olması, hətta heç olmaması qeyd olunur.
Onu da xatırladaq ki, Mətanət Pirquliyeva Konstitusiya Məhkəməsinin sabiq sədri İsa Nəcəfovun qohumudur.