Sərxan və Təranə qalmaqalına Musadan reaksiya: "Özləri bilər"

Sərxan və Təranə qalmaqalına Musadan reaksiya: "Özləri bilər"

















"Qarşıdurma" devizi ilə yayımlanan "Maşın" realiti-şousunda qalmaqallar bitmək bilmir.

Axşam.az xəbər verir ki, proqramın son bölümlərində aktyor, aparıcı Sərxan Kərəmoğlu ilə müğənni Təranə Qumral arasında mübahisə yaşanıb. Tərəflər dəfələrlə bir-birinin ünvanına təhqirlər səsləndirib.

S.Kərəmoğlu T.Qumralın müğənni həyat yoldaşı Musa Musayevlə dost olduğunu deyib:

"Onun yoldaşı Musa mənim dostumdur, xətrini dünyalar qədər istəyirəm. Çünki Musayev soyadına hörmət edirəm. Canlı əfsanə olan Niyaməddin Musayevə görə hörmətim var onlara. Təranədən əvvəl Musanı tanımışam".

T.Qumral isə "Musanın sənin kimi dostu ola bilməz" cavabını verib.


Məsələ ilə bağlı Musa Musayev də danışıb. Əməkdaşımızla söhbətində M.Musayev S.Kərəmoğlunun "dostumdur" sözlərinin həqiqətə uyğun olmadığını söyləyib:

""Maşın" şou gözəl bir verilişdir. Təranə ilə Sərxan arasındakı qalmaqala qarışmıram, özləri bilər. Amma mənim Sərxan adlı dostum yoxdur. Aktyordur da, orada şou göstərir".