Abşeron RİH Qarabağ əlilinə Sarkisyana müraciət etməyi məsləhət görür? - VİDEO

Abşeron RİH Qarabağ əlilinə Sarkisyana müraciət etməyi məsləhət görür? - VİDEO

















Redaksiyamıza ikinci qrup Qarabağ əlili, ehtiyyatda olan mayor Sadıqov Mehdi Cəmil oğlu müraciət edərək Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən haqsızlıqlara məruz qaldığını bildirir. Rayon İcra Hakimiyyətinin memarı Akif Əliyev ətrafına topladığı “qoçu dəstələri” ilə bütün hüquqi sənədləri qaydasında olan və Qarabağ əlilinin tikdiyi evinin bir hissəsini dağıdıb. Buna etiraz edən Qarabağ əlili və ətrafdakı qonşular isə İcra Hakimiyyətinin əraziyə təşrif buyuran Niva markalı avtomaşınlardakı “qoçular”tərəfindən təhdidlərə, təzyiqlərə, zorakılığa və təhqirlərə məruz qalıblar. Əraziyə tikilməkdə olan evin tam sökülməsi üçün gətirilən traktor isə Qarabağ əlilinin ciddi-cəhdləri nəticəsində tikilini dağıda bilməyib. Hadisə yerində olan memar Akif Əliyevə yaxınlaşan Qarabağ əlili baş verən qanunsuzluğun və özbaşınalığın qarşısının alınmasını xahiş etsə də rədd cavabı alıb. Vətən uğrunda canından keçərək əlil olduğunu və bu gün də müxtəlif xəstəliklərdən əziyyət çəkdiyini memarın diqqətinə çatdıran Mehdi Sadıqov heç bir qanunsuz tikinti aparmadığını, müvafiq sənədlərin Rayon İcra Hakimiyyətində şəxsən Akif Əliyevə təqdim olunduğunu desə də memar Qarabağ əlilini təhqir etməkdən çəkinməyib.
Abşeron RİH Qarabağ əlilinə Sarkisyana müraciət etməyi məsləhət görür? - VİDEO

Təhqirlər o həddə çatıb ki, memar Akif Əliyev Prezident İlham Əliyevə və I Vitse Prezident Mehriban xanım Əliyevaya müraciət edəcəyini deyən Qarabağ əlilinə heç bir əxlaq və peşə normalarına sığmayan cavab verib: “Kimə istəyirsən şikayət et, lap Sarkisyana da şikayət et”. Memarın bu cavabından sonra müvafiq sənədləri ilə birgə ölkə başçısına və I Vitse prezidentə, məhkəməyə müraciət edən Qarabağ əlili baş verənlərdən sarsıntı keçirərək xəstəxanaya müraciət etməli olub. II qrup Qarabağ əlilinə verilən son cavabdan sonra biz də öz növbəmizdə heç nəyə şərh vermək fikrində deyilik. Ümid edirik ki, dövlətin müvafiq qurumları nəhayət Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən vətəndaşların başına açılan oyunlara reaksiya verəcək. Akif Əliyev başda olmaqla, Rayon İcra Hakimiyyətində kök salan “quldur dəstələri” qanun qarşısında cavab verməli olacaqlar.

Məlumat üçün bildirək ki, II qrup Qarabağ əlili Sadıqov Mehdi Cəmil oğlu Xocalı faciəsindən sonra könüllü şəkildə xidmət etdiyi Rusiya ordusundan ayrılaraq Azərbaycana gəlmiş və birbaşa qaynar döyüş nöqtələrinə yollanmışdır. Döyüşlərdə əlil olan Mehdi Sadıqov heç nəyə baxmayaraq, son gücünə qədər erməni qəsbkarlarına qarşı vuruşub.

Baş verənlərlə bağlı gün ərzində Abşeron Rayon İcra Hakimiyyətindən qarşı tərəf kimi münasibət öyrənməyə çalışsaq da, cəhdlərimiz uğursuz alindı. Buna baxmayaraq məqalədə adı çəkilən tərəfləri dinləməyə hazırıq.

Ardı var...


LİNKƏ DAXİL OLUN