» » Tennis Akademiyası ilə bağlı iddialar - Nüfuzlu məmurun adı hallanır

Tennis Akademiyası ilə bağlı iddialar - Nüfuzlu məmurun adı hallanır

Tennis Akademiyası ilə bağlı iddialar - Nüfuzlu məmurun adı hallanır













Qlobal.az bir neçə gün bundan öncə Bakı tennis Akademiyasının inzibati binasının "bazar”a çevrildiyi barədə yazı dərc etmişdi.

Yazımızda vurğulamışdıq ki, Azərbaycanda dövlət büdcəsindən maliyyələşən bəzi idarə və müəssisələrin, təşkilat və cəmiyyətlərin rəhbərləri tərəfindən "özəl obyekt” kimi işlədilməsi artıq ənənə halını almaqdadır. Hər il dövlət büdcəsindən milyonlarla vəsaitin ayrılmasına baxmayaraq, bu tip müəssiələrin rəhbərləri qeyri-qanuni olaraq, tabeçiliklərindəki bazaları, tikililəri, zirzəmi və qarajları, hətta, bəzən inzibati binalarının birinci mərtəbələrini şəxsi maddi maraqları naminə icarəyə verirlər. Əlbəttə ki, bu cür "əqd”lərdə əldə olunan vəsaitlər dövlət büdcəsinə yox, birbaşa həmin təşkilatların rəhbərliyində təmsil olunan şəxslərə indekslənir. Məsələnin acınacaqlı tərəfi isə budur ki, iş adamlarına, biznesmenlərə qeyri-qanuni olaraq daha çox məkan icarəyə verən dövlət maliyyəli müəssisələrin arasında ictimai, təhsil və idman profilli təşkilatlar üstünlük təşkil edir. Çox zaman isə "icarəyə” alınan məkanların gələcək funksiyası həmin müəssisələrin profili ilə üst-üstə düşmür.

Misal olaraq isə, son günlər ölkənin gündəmini zəbt etmiş qalmaqallı "26-lar” kafesini göstərmişdik.

Yazımızda qeyd etmişdik ki, inzibati binanın birinci mərtəbəsinin yola baxan hissəsində fəaliyyət göstərən obyektlərin hamısı da akademiyanın profilinə zidd olan xidmətlə məşğuldurlar. Belə ki, burada "Ankara futbol məktəbi”, "Ev alqı-satqısı”, "Baku Flowers” adlı gül mağazası və "Ləziz kafe” fəaliyyət göstərir.

Akademiyanın fəaliyyəti ilə bir başa zidd olan bu obyektlərin direktora yaxın olan şəxslərin işlətdiyi deyilir.
Məsələnin maraqlı tərəfi isə, Bakı Tennis Akademiyasının rəsmi saytında qalyan təklif etmələridir.

Bu yazıdan sonra Qlobal.az Bakı Tennis Akademiyasının direktoru haqda ilginc məlumatlar əldə edib.Tennis Akademiyası ilə bağlı iddialar - Nüfuzlu məmurun adı hallanırMəlumata görə, Akademiyanın direktorunun bu cür "arxayın” hərəkət etməsinin, heç bir dövlər qurumundan çəkinmədən təhsil və idman təmayüllü dövlət müəssisəsini "özəl obyekt” kimi işlətməsinin səbəbi onun Milli Məclisin sədri Oqtay Əsədovla yaxın münasibətlərdə olmasıdır.

Belə ki, hazırda Samux rayonunun icra hakimiyyətinin başçısı vəzifəsində çalışan Alı Qocayevin 2005-2012-ci illərdə Binəqədi rayon icra hakimiyyətinin başçısı işlədiyi dövrdə Salam Əsgərəlizadəni Binəqədi qəsəbəsi üzrə icra hakimiyyətinin nümayəndəsi təyin edib. Salam Əsgərəlizadənin Binəqədi qəsəbəsi üzrə icra hakimiyyətinin nümayəndəsi işlədiyi dövrlərdə onun torpaq satışından böyük miqdarda vəsait əldə etdiyi bildirilir. Binəqədi qəsəbəsində hazırda da Salam Əsgərəlizadənin başqa adamların adına sənədləşdirdiyi, dəyəri yüz minlərlə ölçülən torpaq sahələrinin və çoxsaylı obyektlərinin olduğu iddia olunur.

Məlumatda daha sonra vurğulanır ki, Salam Əsgərəlizadənin Bakı tennis Akademiyasına direktor təyin edilməsində də Alı Qocayevin rolu olub. Belə ki, Tennis Federasiyasının prezidenti, Milli Məclisin sədri Oqtay Əsədovla quda olan Alı Qocayev Salam Əsgərəlizadənin yeni tikilmiş Bakı Tennis Akademiyasına direktor təyin olunmasını Oqtay Əsədovdan xahiş edib. Görünən budur ki, Oqtay Əsədov da qudasının bu xahişini geri çevirməyib.

Xatırladaq ki, Prezident İlham Əliyev cənablarının təşəbbüsü ilə 2008-ci ildə Bakı Tennis Akademiyasının təməli qoyulmuş, 2009-cu ildə isə rəsmi açılışı olmuşdur. Rəsmi açılış mərasimində Prezident İlham Əliyevlə bərabər, ölkənin hazırkı birinci vitse-prezidenti Mehriban xanım Əliyeva da iştirak edib. Ümumi sahəsi 2.7 hektardır. Kompleks beynəlxalq standartlara uyğun olaraq bütün texniki vəsaitlərlə təmin olunub. 400 nəfərdən artıq say tutumu olan tamaşaçı zalı, çoxsaylı kortları var. Bu idman müəssisənin bir üstün cəhəti isə burada elektrik enerjisinin daimiliyidir.

Qarşı tərəf də münasibət sərgiləyə bilər.
Oxşar xəbərlər
«    Noyabr 2018    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 

Mədəniyyət