“Konduktor işləyirdim, “bir nizami” qışqırırdım” - Rafael Ağayev

“Konduktor işləyirdim, “bir nizami” qışqırırdım” - Rafael Ağayev

















Hazırda ondan avtoqraf almaq üçün dünya və Avropa çempionatlarında növbəyə düzülürlər. Azərbaycanın tanınmış karate ustası Rafael Ağayev kasıb olduğu və heç kimin onu tanımadığı keçmiş günlərindən utanmadığını bildirib

Virtualaz.org xəbər verir ki, Rafael Ağayev keçmişini xatırlayaraq deyib: “Utanmıram və açıq deyirəm: uşaqlıqda avtobusda konduktor işləyirdim. O zaman qəbul olunduğu kimi, “bir nizami” qışqırırdım”.

“İndi hər şey qaydasındadır. Evim var. Qardaşıma da ev almışam.., – idmançı bildirib. – Mən çox az sayda yaxın qohumumla əlaqə saxlayıram. Digərlərindən kənar gəzirəm. Xasiyyətim belədir. Çempion olmadığım vaxtlar qapımı döymürdülər”.