Baş nazirdən məmurların meşələrdə restoran açmasına “yaşıl işıq” - Təfsilat

Baş nazirdən məmurların meşələrdə restoran açmasına “yaşıl işıq” - Təfsilat

















Azərbaycanda meşə bitkiləri ilə örtülü olmayan meşə və qeyri-meşə torpaqların icarəyə verilməsi müddəti artırılıb

Nazirlər Kabinetindən verilən məlumata görə, bununla bağlı “Meşə fondu torpaqlarının icarəyə verilməsi Qaydası”nda dəyişiklik edilib.

Hazırda meşə bitkiləri ilə örtülü olmayan meşə və qeyri-meşə torpaqları meşələrin bərpası məqsədilə təyinatı üzrə icarəçiyə müqavilə əsasında 1 ildən 10 ilədək verilə bilər.

Yeni qərara əsasən isə, meşə bitkiləri ilə örtülü olmayan meşə və qeyri-meşə torpaqları meşələrin bərpası məqsədilə təyinatı üzrə icarəçiyə müqavilə əsasında 1 ildən 49 ilədək verilə bilər. Bu dəyişiklik nazirlərin, məmurların meşələri zəbt edib restoran açmasına şərait yaradılmasıdır.

Elə bu günlərdə Masallı, Zaqatala, Oğuz, Şabran, Qəbələ və Qusar Meşə Mühafizəsi və Bərpası müəssisələrində aparılan araşdırmalar zamanı sözügedən müəssisələrdə meşələrin qorunub mühafizə olunması sahəsində bir sıra nöqsanlara yol verildiyi müəyyən edilib.

Mövcud maddə isə belədir: meşə fondu sahələrinin özbaşına tutulmasına (zəbt edilməsinə) görə inzibati və cinayət məsuliyyətinə cəlb edilən şəxslər həmin torpaqları müəyyən edilmiş müddətdə azad etməlidirlər.

Bu dəyişiklik Meşə Məcəlləsini İnzibati Xətalar Məcəlləsinə (İXM) uyğunlaşdırmaq məqsədi ilə edilir. belə ki, İXM-də torpaq sahəsini məqsədli təyinatına uyğun olmayan başqa məqsədlər üçün istifadə edilmsəinə görə konkret cəza tədbiri müəyyən edilir. Məcəlləyə təklif edilən dəyişiklik layihəsi müzakirələrdən sonra parlamentin plenar iclasına tövsiyə olunub.

Ulus.Az xəbər verir ki, İsmayıllı, Şamaxı meşləri məmurların əlindədir. İstirahət etmək istəyənlər əsasən təbiət qoynuna - səfali məkanlara üz tuturlar.

Lakin bəzi yerlərdə bu cür ərazilər qanunsuz şəkildə zəbt olunur. Məsələn, Şamaxıda meşəlik ərazilər dincəlməyə gələnlərə heç də az olmayan məbləğə kirayə verilir.

Hər gün mətbuat səhifələrində Bakıda və rayonlarda ağacların qırılması, meşələrin talan edilməsi ilə bağlı məlumatlar oxuyuruq. Düzdür, bu məlumatlarda şişirtmələr, yalan-palanlar da olur. Amma obyektivlik əmsalı çox yüksək olan məqalələr də var.

Meşə torpaqlarını fermərlərə yüksək qiymətlə arendaya verib, ağacları kəsir. Bu minvalla özünə böyük sərvət toplaya bilir.

Belə ki, şadlıq sarayı, obyektləri və evləri var. Bu məqamlar meşəbəylərinə aiddir. Bu gün Bərdə ərazisində meşə massivi, demək olar, məhv edilib.

Müəyyən sahələrdə sonradan salınmış şam və çinar meşələrinə, kiçik ərazidə isə baxımsızlıqdan xeyli hissəsi qurumuş nar bağlarına rast gəlinsə də, həmin ərazilərdə otlayan mal-qara və qoyun sürüləri ümumiyyətlə meşəyə nəzarət edilmədiyindən xəbər verir.

Bir tərəfdən də son vaxtlar şəxsi təsərrüfatların yaradılması tendensiyası da Bərdə meşələrinin talan olunmasını stimullaşdıran amil kimi çıxış etməyə başlamışdır.

Buna səbəb isə Zülfalı meşəsinin ərazilərinin Bərdə Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin direktoru Aydın Məmmədov tərəfindən hissə-hissə Qaradeyin kəndinin sakinlərinə satılması olub.