"JEK" rəisinə 10 il iş verildi - Məhkəmə qərarı

"JEK" rəisinə 10 il iş verildi - Məhkəmə qərarı

















Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Namiq Quliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb

APA-nın məlumatına görə, hakim Rasim Sadıqovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, Namiq Quliyev 10 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Namiq Quliyev Nərimanov rayonunda yerləşən mənzil istismar sahələrindən (MİS) birinin müdiri olub. O, torpaq sahələri özəlləşdirmək adı ilə vətəndaşlardan 400 min manat alaraq, verdiyi vədə əməl etməyib.

Zərərçəkənlərin şikayəti əsasında Namiq Quliyev həbs edilib. O, Cinayət Məcəlləsinin 178.3.2(külli miqdarda dələduzluq) maddəsi ilə ittiham olunub.