» » Əlillik dərəcəsi ala bilməyən şəxs özünü yandırmaq istədi

Əlillik dərəcəsi ala bilməyən şəxs özünü yandırmaq istədi

Əlillik dərəcəsi ala bilməyən şəxs özünü yandırmaq istədi















Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Bakıda əlillik dərəcəsi almaq istəyən şəxsin intihara cəhd etməsi hadisəsi ilə bağlı məlumat yayıb.

Nazirliyin mətbuat xidmətinin rəhbəri Elman Babayev AZXEBER.COM-a bildirib ki, prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, son illərdə əmək və sosial müdafiə sahələri, o cümlədən əlilliyin qiymətləndirilməsi sahəsi tam elektron infrastruktur üzərində qurularaq şəffaflaşdırılıb. Hazırda əlilliyin təyinatı proseduru elektron sistem vasitəsilə və tam şəffaf şəkildə həyata keçirilir: "Ona görə də hansısa şəxsin özünə qəsd edərək şantaj etməklə əlilllik dərəcəsi almaq üçün müvafiq dövlət orqanına təzyiq göstərmək cəhdinin heç bir mənası yoxdur”.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri vətəndaş Cabbarov Sərxan Sərvər oğlunun əlillik dərəcəsi almaq üçün özünü yandırmaq istəməsi hadisəsinə münasibət bildirərkən vurğulayıb ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 11 noyabr tarixli 446 nömrəli qərarı ilə Tibbi-Sosial Ekspert Komissiyaları (TSEK) haqqında əsasnaməyə edilmiş dəyişikliklərə əsasən vətəndaşların onlara əlillik dərəcələrinin təyin edilməsi məqsədilə TSEK-lərə müvafiq sənədlərlə müraciət etmələri, TSEK-də müayinə olunmaqla əlilliyin qiymətləndirilməsi proseduru ləğv olunub: "Bu proses artıq elektron qaydada, yəni Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Alt Sistemi (TSERAS) vasitəsilə həyata keçirilir. Belə ki, əlilliyin qiymətləndirilməsi üçün göndərişin (forma 88) rəsmiləşdirilməsi haqqında məlumat Səhiyyə Nazirliyindən elektron qaydada real vaxt rejimində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müvafiq elektron sisteminə - TSERAS-a ötürülür. Göndərişi verən səhiyyə müəssisəsinin, onu təsdiq edən şəxslərin, eyni zamanda göndərişin aid olduğu şəxsin (əlillik vəziyyəti qiymətləndirilməli olan vətəndaşın) kimliyini müəyyən etməyə imkan verən bütün məlumatlar elektron sistem tərəfindən adsızlaşdırılmaqla kodlaşdırılır. Bundan sonra həmin göndəriş əlilliyin qiymətləndirilməsi üçün elektron şəkildə onu vermiş səhiyyə müəssisəsinin yerləşdiyi və şəxsin qeydiyyatda olduğu yer üzrə TSEK istisna olunmaqla hər hansı TSEK-ə göndərilir”.

Nazirlik rəsmisi qeyd edib ki, göndərişi elektron formada qəbul etmiş TSEK tərəfindən həmin sənəddə qeyd olunan xəstəliyin vəziyyəti barədə məlumatlar əsasında şəxsin əlilliyi qiymətləndirilir və əlillik təyin olunub-olunmamasına dair qərar qəbul edilir. Beləliklə, elektron sistem göndərişin kimə aid olduğu, hətta hansı rayon və şəhərin səhiyyə müəssisəsindən göndərildiyi bilinmədən, tam obyektiv və şəffaf şəkildə əlillik qrupunun təyin olunub-olunmamasına dair qərar qəbul edilməsinə imkan verir. Eyni zamanda, əlillik qrupunun təyin edilib-edilməməsinə dair qərar barədə məlumat, eləcə də əlillik təyin olunmasından imtina verilibsə, bu imtinanın səbəbi də vətəndaşın elektron ünvanına və ya telefonla mesaj vasitəsilə ona çatdırılır: "Ona görə bir daha diqqətə çatdırırıq ki, əlilliyin qiymətləndirilməsi üçün elektron qaydada, insan müdaxiləsi, subyektiv yanaşmalar mümkün olmayan belə bir şəffaf sistem mövcud olduğu halda, özünə xəsarət yetirmək, şantaj vasitəsilə dövlət orqanına təzyiq etmək, guya bununla əlillik dərəcəsi almağa nail olmaq düşüncəsi yanlışdır. Belə cəhdlər qeyri-qanunidir və heç vaxt müsbət nəticələnə də bilməz”
Oxşar xəbərlər
«    Noyabr 2018    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 

Mədəniyyət