Rəşid Behbudovun həyat yoldaşı vəfat edib

Rəşid Behbudovun həyat yoldaşı vəfat edib
















Mərhum xalq artisti Rəşid Behbudovun həyat yoldaşı Ceyran Behbudova vəfat edib.
Bu barədə məlumatı Ceyran Behbudovanın kürəkəni Kamil Şahverdiyev məlumat verib. Onun sözlərinə görə, C. Behbudova mayın 2-də dünyasını dəyişib: "Yayda infarkt keçirmişdi, o vaxtdan səhhətində ciddi problemlər var idi. Dünən axşam dünyasını dəyişdi. Vida mərasimi bu gün saat 12:00-da Təzə Pir məscidində keçiriləcək. Ceyran xanım Yasamal qəbiristanlığında, ailə üzvlərinin yanında dəfn olunacaq”.

///apa