Rusiya sərhədimizdə təlimlərə başladı - 70 döyüş tapşırığı icra olunacaq

Rusiya sərhədimizdə təlimlərə başladı - 70 döyüş tapşırığı icra olunacaq















Dağıstanda Rusiyanın Xəzər donanmasına aid artilleriya bölmələri təlimlərə başlayıb

APA-nın "RİA Novosti”yə istinadən verdiyi məlumata görə, Cənub Hərbi Dairəsinin Xəzər donanmasının dəniz piyadalarının artilleriya bölmələri Dağıstanın Adanak poliqonu və Skorpion taktiki meydanında döyüş atəşinin tətbiqi ilə batareya təlimləri keçirir. Təlimlərə 50-dən çox hərbi və xüsusi texnika cəlb edilib.

Cənub Hərbi Dairəsindən bildirilib ki, dəniz piyadaları şərti düşmənin dəniz desantının çıxarılmasının qarşısını alacaq müdafiə yönümlü tədbirlər reallaşdıracaq. Təlimlər zamanı müxtəlif çətinlik dərəcəsi olan 70-dən döyüş tapşırığı həyata keçirilməlidir.