Zaqatala: gündən-günə gözəlləşən diyar

Zaqatala: gündən-günə gözəlləşən diyar
















Zaqatala rayonu adının mənası kimi özüdə iri cəkidə, sayılıb secilən rayonlardan biridir. Zaqatala rayonunda 2003-2004-cü illərə nəzər salanda, heç də ürək açan mənzərə görünmürdü

Onu vurğulamaq lazımdır ki, Ölkə Prezidentinin sərəncamı ilə Zaqatala rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilən Mübariz Əhmədzadənin Zaqatalaya gəlişindən sonra, Zaqatala fotolarda gördüyünüz kimi, əsraəngiz gözəlliyi ilə, baxanı valeh edir. Bu da Zaqatala rayon İcra Hakimiyyətinin başcısı Mübariz Əhmədzadənin rayona və onun vətəndaşlarına göstərdiyi qayğının bir nəticəsidir. Rayon rəhbərliyinin, konkret olaraq isə Zaqatala rayon icra hakimiyyətinin başçısı Mübariz Əhmədzadə ölkə rəhbərliyinin göstəriş və tapşırıqlarını nümunəvi şəkildə yerinə yetirməsi isə Zaqatalada inkişaf tendensiyasını daha da dönməz xarakter almasına səbəb olub.

Ölkəmizin sosial-iqtisadi sverasında əldə olunan uğurlar Zaqatala rayonunda da özünü əks etdirmiş və müsbət tendensiyalara doğru addımlamışdır. Ölkəmizdə gedən sosial-iqtisadi inkişafdan Respublikamızın bütün regionlarında olduğu kimi, Zaqatala rayonuna da əhəmiyyətli pay düşmüşdür. Zaqatalalılar Mübariz Əhmədzadənin başçılığı altında dövlətin qayğılı münasibətini daha dərindən hiss edərək, ölkə prezidentinin apardığı uğurlu siyasəti dəstəkləyirlər. Zaqatala rayonunun sosial-iqtisadi inkişaf planının düzgün və səmərəli həyata keçirilməsinin nəticəsindir ki, rayonda böyük abadlıq-quruculuq işləri geniş fürsət almışdır.

Qeyd etməyimiz vacibdir ki, dövlətimizin rəhbərliyinin qayğılı münasibətini Zaqatala və zaqatalalılara yetirməsi ilə vəzifələndirilmiş rayon İcra hakimiyyətinin başçısı Mübariz Əhmədzadə bu inkişafa böyük xidmət göstərmişdir. Rayonun tərəqqipərvər vətəndaşları bir mənalı olaraq bu fikirdədirlər ki, Mübariz Əhmədzadənin icra başçısı kimi fəaliyyəti bu rayona və rayon sakinləri üçün düşərli olmuşdur.

Ümumiyyətlə, Zaqatala rayonu ölkəmizin modern, inkişaf etmiş əyalətlərindən birinə çevrilməkdədir. Belə ki, Zaqatala rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadənin olduğu rayon son illər ərzində rayonda tikinti-abadlıq-quruculuq işləri, yerli əhəmiyyətli avtomobil yollarının təmiri, binaların müasir üslubda tikintisi və digər infrastruktur layihələrinin icrası sürətlə həyata keçirilib. Rayonda bütün köhnə tikililər müasir və yeniləri ilə əvəz olunur. Şəhərin bütün ərazilərində tikintilər davam etdirilir və binalar müasir zövqlə inşa olunur. Əhalinin elektrik enerjisi, rabitə, qaz və içməli su ilə təmini yüksək keyfiyyətlə həyata keçirilib. Rayon İcra Hakimiyyəti başçısı yanında yaradılmış qərargah öz işini operativ şəkildə qurub və bu sahələrdə baş vermiş qəzaların vaxtında aradan qaldırılması üçün tədbirlər görülüb. Rayonun dinamik inkişafı, əhalinin sosial vəziyyətinin yaxşılaşması, sahibkarlığın inkişafı və yeni iş yerlərinin açılması iqtisadi göstəricilərin də artmasına səbəb olub.

Bütün bunlar belə deməyə əsas verir ki, ötən il olduğu kimi, bu il də ölkənin bir çox rayonları kimi Zaqatala da sürətlə inkişaf edib, qarşıya qoyulmuş vəzifələrin böyük əksəriyyəti reallaşdırılıb. Ümid edirik ki, yaxın gələcəkdə Zaqatala, onun qəsəbə və kəndləri öz simasını dəyişib daha da yenilənəcək, öz iqtisadiyyatını və büdcəsini tamamilə yerli resurslar hesabına formalaşdıracaq, uğurları sırasına yenilərini əlavə edəcək.

Qarayaxmalarla, böhtan, şərlə iş görməyə artıq adət etmiş bir sıra üzdəniraq qəzetlər Zaqatala rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadəni hədəfə götürüblər. Xəbər portallarının bəzilərində rast gəlinir ki, onların məqsədi Mübariz Əhmədzadənin gördüyü işlərə kölgə salmaqdır. Əslində çox dəqiq yanaşmadır. Çünki bu vəzifəyə təyin olunan Mübariz Əhmədzadənin ən qısa müddətdə rəhbərliyi altında Zaqatala rayonda görülən böyük işlər və uğurlar göz qabağındandır.