» » Zakir Həsənov tapşırıq verdi; Əsgər valideynlərinə ŞAD XƏBƏR

Zakir Həsənov tapşırıq verdi; Əsgər valideynlərinə ŞAD XƏBƏR

Zakir Həsənov tapşırıq verdi; Əsgər valideynlərinə ŞAD XƏBƏR

















Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən, iyunun 26-da saat 11.00-da Silahlı Qüvvələr Günü bayramı münasibətilə bütün hərbi hissələrdə əsgər valideynləri və yaxınları üçün "Açıq qapı” təşkil olunacaq

Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Həmin gün ziyarətçilər, ictimaiyyət, kütləvi informasiya vasitələrinin nümayəndələri hərbi hissələrdə yaradılan yaşayış və məişət şəraiti ilə yaxından tanış olmaq, xidməti, inzibati binalara, eləcə də əsgər yataqxanaları və yeməkxanalarına baş çəkmək imkanı əldə edəcəklər.

Müxtəlif hərbi hissələrdə Silahlı Qüvvələrin bütün rəhbər heyətinin iştirakı ilə keçiriləcək "Açıq qapı” günündə valideynlərlə görüşlər təşkil olunacaq, onları maraqlandıran məsələlərin müzakirəsi aparılacaq, konsert proqramları və digər mədəni-kütləvi tədbirlər keçiriləcək.
Oxşar xəbərlər
«    Noyabr 2018    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 

Mədəniyyət