» » Azərbaycan FETÖ-çuları yenidən hədəfdə - "Mənəkşə İşi" ilə bağlı Bakıya sorğu göndərilə bilər

Azərbaycan FETÖ-çuları yenidən hədəfdə - "Mənəkşə İşi" ilə bağlı Bakıya sorğu göndərilə bilər

Azərbaycan FETÖ-çuları yenidən hədəfdə - "Mənəkşə İşi" ilə bağlı Bakıya sorğu göndərilə bilər












3 gün əvvəl məlum oldu ki, FETÖ-nün (“Fətullahçı terror örgütü”) Azərbaycan üzrə məsul şəxsi, Türkiyənin Malatya Cümhuriyyət Prokurorluğu tərəfindən axtarılan şəxs İstanbulda yaxalanıb.

Sonra məlum oldu ki, bu şəxs Muharrəm Mənəkşədir. M.Mənəkşənin hələ 90-cı illərin əvvəllərində Fətullah Gülən tərəfindən Azərbaycana sızdırıldığı bildirilir. Qeyd edək ki, həmin şəxs terror təşkilatının xüsusi yazışma proqramı olan “Bylock” istifadəçisi olub və qruplaşmanın gizli xəbərləşmələrində mühüm rol oynayıb.

DİA.AZ xatırladır ki, Azərbaycanda hələ də terrorçu Fətullah Gülən cameəsinə yaxın simaların olduğu iddia olunmaqdadır. Bununla bağlı ilginc faktlar da zaman-zaman açıqlanır və onların sırasında Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumunun sədri Elşad İsgəndərovun adı ilk sırada çəkilir.

Qeyd edək ki, məlumatlı mənbələr FETÖ-nün Azərbaycan üzrə məsul şəxsinin Elşad İsgəndərovla mübhəm əlaqələri də zaman-zaman müzakirə predmeti olub. Və elə buna görə də son həbsin Azərbaycanda da böyük əks-səda doğuracağı heç şübhəsizdir və bu əsnada Elşad İsgəndərova əlavə baş ağrısının yaranacağı heç şübhəsizdir.

DİA.AZ-a daxil olan məlumatlarda aydın olur ki, "Mənəkşə İşi" ilə bağlı Türkiyədə aparılan ilkin araşdırmalar zamanı onun Azərbaycandakı 3 əsas adamının adı bəlli olub. Həmin şəxslərin Elşad İsgəndərov, Elnur Aslanov və Fərhad Məmmədov olduğu iddia olunur. O da iddia olunur ki, hər üç şəxsin Türkiyədə istintaqa cəlb olunmaları üçün rəsmi Ankaradan Bakıya müvafiz müraciətin ediləcəyi də gözlənilir.

Qeyd edək ki, bu yöndə əlavə bilgilərimiz olacaq. Bizi izləməkdə davam edin. Qarşı tərəfi də dinləməyə hazırıq...
Oxşar xəbərlər
«    Noyabr 2018    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 

Mədəniyyət