İlham Əliyevin səlahiyyətli nümayəndəsi onlar oldu

İlham Əliyevin səlahiyyətli nümayəndəsi onlar oldu










Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında Yeni Azərbaycan Partiyasının (YAP) səlahiyyətli nümayəndələrinin qeydə alınması məsələsinə baxılıb.

AZTB.info-nun məlumatına görə, Əli Əhmədov, Mübariz Qurbanlı və Siyavuş Novruzov YAP-ın seçkilərdə səlahiyyətli nümayəndələri təsdiq olunub.

Digər prezidentliyə namizədlərin də səlahiyyətli nümayəndələri səsə qoyularaq təsdiq edilib.

Qeyd edək ki, bu il aprelin 11-də Azərbaycanda prezident seçkiləri keçiriləcək.