Barselonaya növbəti şok — Tarix 10 il sonra təkrarlandı

Barselonaya növbəti şok — Tarix 10 il sonra təkrarlandı














İspaniya La Liqasının 23-cü həftəsində Barselona Xetafenin müqavimətini qıra bilmədi.
AZTB.info xəbər verir ki, matçın birinci hissəsi qolsuz bərabərliklə tamamlanıb. İkinci hissədə Barselona hücumlarını artırsa da, axtardığı qolu tapa bilməyib.

Xüsusən qapıçı Visente Quaytanın möhtəşəm oyunu sayəsində Xetafe Selta Viqodan sonra bu mövsüm Nou Kampda Barselona ilə heç-heçə etməyi bacaran ikinci komanda oldu.
Matç eyni zamanda bu mövsüm Barselonanın öz ev oyununda qol vura bilmədiyi ilk qarşılaşma oldu. Bundan başqa Xetafe 10 il sonra Nou Kampda Barselonadan qol buraxmamağı bacarıb.

Çempionatda məğlubiyyətsizlik seriyasını davam etdirən lider Barselona xallarının sayını 59-a çıxarıb.