“Facebook” saxta profilləri bağlayacaq

“Facebook” saxta profilləri bağlayacaq



















“Facebook” sosial şəbəkəsi növbəti yeniliklərə hazırlaşır.

“Sputnik” xəbər verir ki, bu barədə şirkətin təsisçisi Mark Zukerberq bildirib.

Zukerberqin sözlərinə görə, tezliklə “Facebook”da saxta hesab açmaq mümkün olmayacaq. Bu günədək saxta profil açanların səhifələri də bağlanacaq. O, hazırda bunun üçün ciddi işlərin getdiyini bildirib.

Qeyd edək ki, 2004-cü il fevralın 4-də yaradılan “Facebook” sosial şəbəkəsinin orta aylıq auditoriyası 1,7 milyard istifadəçi təşkil edir.

Mənbə: Qafqazinfo.az