» » Tramp yenidən seçiləcəyinin anonsunu verdi: “Görəsən, prezidentin ağlı başındadır, ya yox?“ - MÜSAHİBƏ

Tramp yenidən seçiləcəyinin anonsunu verdi: “Görəsən, prezidentin ağlı başındadır, ya yox?“ - MÜSAHİBƏ

Tramp yenidən seçiləcəyinin anonsunu verdi: “Görəsən, prezidentin ağlı başındadır, ya yox?“ - MÜSAHİBƏ

















“Rusiya bizim üçün saxtadır”
“Bu haqda 8 il sonra danışacağam”

“Trampın bir fikri varsa, onu büruzə verməz. Öncə özünü fərqli ampluada göstərib bir şey edəcəyi ilə bağlı fikir formalaşdırır. Nəticə isə tamamilə fərqli olur”
(Corc Buş)

Yanvarın 20-dən prezident səlahiyyətlərinin icrasına başlayan ABŞ-ın 45-ci prezidenti Donald Tramp CBS NEWS telekanalının vaşinqtonlu müxbiri Con Dikkersonun “Xalqın Siması” adlı telemüsahibəsində qonaq olub. Müsahibədə Tramp bir xarakter olaraq özünü təqdim etməklə xarici siyasətdəki baxışlarını ortaya qoyub. Cebhe.info bir saatlıq müsahibəni ixtisarla təqdim edir:

“Şimali Koreyaya təzyiqlərimiz bəhrə verəcək”

-Cənab Tramp, siz Şimali Koreyaya raket sınağını həyata keçirməməyi tövsiyə etsəniz də, buna məhəl qoyulmadı. Demək olarmı ki, bu təzyiqləriniz bir işə yaramadı?
-Əla, mən demədim ki, raket sınağını həyata keçirməsinlər. Onlar etməli olduqlarını etdilər. Şimali Koreya lideri gözəl anlayır ki, onların bu cəhdləri bizi məmnun etmir. Sizi əmin edirəm ki, mənim tanıdığım, sevdiyim və hörmət etdiyim Çin prezidenti Xi ilə Şimali Koreya prezidenti üzərində təzyiqlərimiz müəyyən bəhrə verəcək. Bu günə qədər ola bilər ki, heç bir dəyişiklik yoxdur. Bəlkə də nəsə var. Bu kiçik bir raketdir, elə də böyük deyil. Bu nüvə silahının testi deyil. Nə baş verəcəyini yaxın zamanda görəcəyik.



-Cənab prezident, “məmnun deyilik” dediniz. Bu, hansı mənanı ifadə edir?
-Yəni, onlar nüvə silahını test etsələr, buna görə özümü bədbəxt hesab edərəm, xoşbəxt yox. Sizi əmin edirəm ki, Çin prezidenti də belə bir sınağın həyata keçirilməsindən məmnun olmayacaq.

-Məmnun olmadığınız bir durum hərbi müdaxilə ilə nəticələnə bilərmi?
-Bilmirəm, ümid edirəm ki, yaxın zamanda hər şey bəlli olacaq.

-Çinlilər, yəni müttəfiqlərimiz Şimali Koreya ilə münasibətləri tənzimləyir. Necə düşünürsüz, iki ölkənin bu dostluq münasibətində məqsəd ABŞ-ı sınamaq olmazmı?
- Siz heç nədən əmin ola bilməzsiz, elə deyilmi? Lakin mən dostluq münasibətlərinin inkişaf etdirilməsində maraqlıyam. Düşünmürəm ki, onlar Şimali Koreyada sabitliyi pozmaqda maraqlıdır. Düşünürəm ki, Çin də qonşuluqda nüvə silahını sınaqdan keçirəcək bir dövlətin varlığını istəməz. Bu vəziyyət ABŞ kimi Çini də narahat edir.

- Nə üçün bu nüvə silahları partladılması sınağı davam edir?
-Bunu müzakirə etmək istəmirəm. Lakin ola bilər ki, hələlik bu silahlar o qədər də keyfiyyətli deyil. Bu dəqiq ehtimaldır ki, nə zamansa onlar keyfiyyətli nüvə silahlarına sahib ola biləcəklər. Bunu unutmamaq lazımdır.

“Şimali Koreya nüvə silahını işə salarsa...”

-Bu məsələni hələlik ki, müzakirə etmək istəmirsiz. Ola bilsin ki, bununla bağlı hansısa planlarınız var.
-Düzü, mən yenə də bu haqda danışmaq istəmirəm. Ümid edirəm ki, siz məni gözəl başa düşürsünüz. Necə ki, hər zaman, illərdir nüvə silahı ilə bağlı suallar vermisiz. Mən dedim ki, biz Mosula daxil olarkən bu haqda anons verməyəcəyik. Əgər Şimali Koreya nüvə silahını işə salarsa, göstərişlərə əməl etməzsə, biz bu planın reallaşmasına icazə verməyəcəyik. Bundan qəti əmin olun.

-Şimali Koreya lideri haqda hansı addımları atmağı düşünürsünüz?
-Hələlik onunla bağlı hansısa şərh verməkdə çətinlik çəkirəm. İnsanlar onunla bağlı tərəddüd edirlər ki, görəsən həqiqətən də prezidentin ağlı başındadır, ya yox. Onunla bağlı hələlik konkret bir ideyam yoxdur. Hakimiyyəti atasından təslim aldığı vaxt 26-27 yaşlı gənc idi. Erkən hakimiyyət illərində böyük gücə sahib oldu. Düşünürəm ki, o kifayət qədər ağıllı fiqurdur. Sadəcə olaraq indiki vəziyyətdə, biz ona istəyini həyata keçirməyə icazə verməməliyik. Nəinki biz, elə düşünürəm vaxtilə Buş, Klinton, Obama hakimiyyəti bu işə nöqtəsini qoymalı idi ki, proses indiki zamanadək uzanmasın.

-Prezidentliyinizlə əlaqədar bir sual verməyimə icazə verin. Sabiq prezident Corc Buşun haqqınızda söylədiyi belə bir fikir vardı ki, guya siz öncə özünüzü fərqli ampluada göstərib bir şey edəcəyinizlə bağlı fikir formalaşdırırsınız. Lakin sonda tamamilə fərqli mənzərə ortalığa çıxır. Razısızmı?
-Bu fikri qəbul edirəm. Hətta deyərdim ki, bu cür olmağı sevirəm, bundan zövq də alıram, bilirsiniz. Buna meydan oxumaq deyərdim. Həyat özü ona meydan oxuyanları sevir.



- “Reuters”ə açıqlamanızda demişdiniz ki, bu, çox sadədir.
-Bəli, əslinə qalsa, bu işin müəyyən çətinlikləri var. Çox gərgin işlərlə məşğuluq. Sizə böyük ehtimalla yalnız 8 ildən sonra bu haqda danışa biləcəyəm. Düşünürəm ki, biz xarici siyasəti, o cümlədən də ayrı-ayrı ölkələrin liderləri ilə münasibətləri ən yaxşı şəkildə idarə edirik. Ticari əlaqələrdə də böyük uğurlara imza atırıq. Xarici ticarət əlaqələrində çox cüzi məbləğ itirmişik. Bunlar işıqlandırılır. Saxta medianın ortalığa çıxması çox əyləncəlidir. Hansı ki, biz bəzən ana medianı bu cür çağırırıq, bunu sizə deməliyəm.

-Fərd olaraq məni nəzərdə tutursunuz?
- Əla, bu, sizin performansınızdır. Mən şouları sevirəm. Lakin siz də bəzən şounuzu dəqiqliklə nümayiş etdirə bilmirsiniz. Hakimiyyətimin ilkin dönəmlərində Çin cari manipulyasiya haqda danışarsa, o zaman danışıqlara getmək olar. Görünən budur ki, hakimiyyətə gəldikdən sonra onlar cari manipulyasiyanı dayandırdılar.

- Lakin daha öncə də ...
-Yox.

-Kampaniya müddətində...
-Xeyr, bu məsələ sizin bəhs etdiyiniz ölçüdə deyil. Bundan daha vacib olanları var. Lakin siz bilirsiniz ki, artıq bu addımlara xitam verilib. Prezident kampaniyası müddətində də bu haqda danışmışam. Həmçinin deyə bilərəm ki, mən yeganə adamam ki, onları dayandırdım. Təfərrüatları önəmli deyil, yaxşısı budur, unut.

-Çini bütünlükdə əlinizdə cəmləmisiniz.
-Onlar bizimlə müttəfiqdir.

-Bu müttəfiqlik nə üçündür, onların valyuta manipulyasiyasını dayandırmaq üçünmü?
-Kampaniya ərəfəsində bu haqda ətraflı danışmışam.

-Onlar belə bir addımı daha öncə atmış olsa, necə?
- Yox onlar bunu əvvəl də edirdilər. Heç bir problem də olmayıb. Belə düşünürəm ki, onlar öncələr də pul manipulyasiyası ilə məşğul olublar. Hazırda sizinlə Şimali Koreya liderini müzakirə edirik. Belə güman edirəm ki, Çin prezidenti bizim üçün də həllini tapmayan bir sıra problemlərə aydınlıq gətirəcək. Bu yolla Şimali Koreya probleminə də bir əncam çəkiləcək.

- Düşünürəm ki, gözəl natiqsiniz. Kimdənsə nəsə almağa ehtiyac duyursuzsa, buna nail olursunuz. O cümlədən də Şimali Koreya məsələsi ilə əlaqədar sizin Çinin dəstəyinə ehtiyacınız var. Lakin bu, Çin üçün bir mesaj ola bilməz. Sizi insan haqları, o cümlədən də intellektual mülkiyyət məsələləri ilə əlaqədar narahat etmək, Cənubi Çin dənizi ilə bağlı məsələdə sizdə gərginlik yaratmaq istəmirik...
- Səmimi olaraq etiraf edirəm ki, Şimali Koreya məsələsi mənim üçün ticarətdən daha önəmlidir. Düzdür, ticarət önəmli bir məsələdir. Milyonlarla insan üçün böyük çaplı bir savaşın baş verməsi, ölümlərdən dəhşətli bir məsələ yoxdur. Düşünürəm ki, bu səbəbdən Şimali Koreya məsələsi mənim üçün daha önəmlidir. Yəqin nə demək istədiyimi başa düşdüz. Çini əldə etmək üçün ticarət vasitəsindən istifadə etsəm, bu ölkənin Şimali Koreya üzərində olduqca böyük təsirini görə biləcəyik. Çin bizə Şimali Koreya məsələsində kömək etsə, bu problemi həll edəcəyik.

“İlk gördüyüm medianın ədalətsizliyi oldu”

-Prezidentliyinizin ilk dönəmidir. Bu müddətdə öyrəndiyiniz həqiqətlər nə oldu?
-İlk öyrəndiyim həqiqət medianın ədalətsizliyi oldu. Yaxşı düşündüyüm ideyalarımın bir qismini gerçəkləşdirmişəm. Bir çox xarici liderlərin xarakterində, xarici siyasətə baxış bucağında yeni və böyük kəşflər etmişəm. Bilirsiniz, bizim NAFTA-mız ( Şimali Amerika Ölkələrinin Azad Ticarət Müqaviləsi) var. Mən bu müqaviləni ləğv etməyə hazırlaşıram. Lakin bu müddətdə çox sevdiyim həmkarlarımdan olan Meksika prezidentindən ağlabatan çağırış aldım. Həmçinin Kanadanın baş nazirindən də maraqlı çağırış almışam. NAFTA-nı elə günü bu gün ləğv edərəm. Lakin onlar zəng edərək mənim danışıqlar aparmaqda maraqlı olduğumu öyrəndilər.

“Senat operativ deyil”

-Ümumiyyətlə, prezident olmazdan öncə hər kəs bu kürsünü yəqin ki, tamamilə fərqli təsəvvür edir. Bəzən hər şey gözlənilən kimi olmur. Siz necə adaptasiya oldunuz?
-Bəli, prezident olmaq da mənim xəyal qırıqlarımdan biri oldu. Düşünürəm ki, bu sahədə işlər bir az ləng gedir. Yəni, hər şeyin bir qısa zaman içərisində həll olunacağını gözləsən də, bəzən bunun üçün uzun zaman tələb olunur.

-Səbəb?
-Düşünürəm ki, bu bürokratik sistemdən asılı olan bir məsələdir. Konqres və Senatda qəbul edilən qərarlar olduqca arxaikdir, operativ deyil. Əksər hallarda bu cür qərarlarda ədalətsizlik olur. Bir çox hallarda hansısa sövdələşmələri bağlamaq məcburiyyətində qalırsınız, hansı ki, bu sizin bağlamalı olduğunuz müqavilələr deyil. Çox fərqli müqavilələr bağlana bilər. Sevmədiyiniz situasiyalarda olmağa nifrət edərsiniz. Kədərli olsa da, artıq bu vəziyyətə alışdım, çünki bizim qorumalı olduğumuz ölkəmiz var. Demokratlar davranışları ilə tamamilə dəyişiklikləri əngəlləməyə çalışırdılar. Cuk Skumer demokratlar üçün olduqca mənfi xarakter oldu. Onun hər bir addımı gecikmiş və abstrakt idi. Ali Məhkəmənin fəaliyyəti də biabırçıdır. Bilirsiniz, vəzifəyə qoymaq üçün seçdiyim şəxslər var. Sadəcə, onların təsdiqlənməsini gözləyirik. Təəssüflə qeyd edə bilərəm ki, bu gün vəzifədə olan bəzi şəxslər mənim üçün də əlçatmaz olub. Əlbəttə, onların bu qədər abstrakt və laqeyd olması ölkəmizin fəaliyyətinə birbaşa mənfi təsir edir.

-Sağlamlıq sığortası haqda danışmaq istəyirəm. Səhiyyəylə bağlı qanun layihəsi sizin tərəfdarlarınız üçün elə də müsbət addım deyil. Hansı ki, onlar kəndlərdə yaşayır. Belə bir qanunun qəbulu onlara daha da böyük zərbə vuracaq...
-Bağışlayın, ancaq mən əksinə deyərdim. Sağlamlıq haqda qanun mənim tərəfdarlarımın lehinədir.

-Sualımı tamamlamadım… Siz Tukerlə danışanda bildirmisiz ki, xalqın sağlamlığının qeydinə qalmasa, bu qanunu imzalanmayacaqsız. Bununla əlaqədar olaraq siz danışıqlar aparmalısız. Maraqlıdır, bu danışıqlar konkret olaraq nədən ibarət olacaq.
-Artıq Obamanın səhiyyə qayğısı erası bitib. Ən önəmli məsələ səhiyyədən istifadəyə görə xərclərin azaldılmasıdır.

-Açıqlamalarınızın birində Rusiyanı saxtakar adlandırmısız. Rusiyada keçirilən seçkilərdə bilərəkdən saxtalaşdırma olur. Yəqin ki, bu səbəbdən düşünürsüz ki, Rusiya siyasətində də saxta mövqeyini ortalığa qoyur.
-Bəli, Rusiya bizim üçün, bütünlükdə Tramp hakimiyyəti üçün saxtadır. Bilirsiniz, hakerlikdən söhbət gedirsə, burada Rusiyanın adını çəkmək olar. Həmçinin Çinin və digər haker ölkələrin bu siyahıda adını səsləndirmək olar.

-Bu məsələdə qərarsızsınız.
-Düzdür, biz nə baş verdiyini bilirik…

-Yəqin ki, Rusiyadan şübhələnmirsiniz…
-Sizə bir şey deyim, bu məsələlərin bizimlə əlaqəsi yoxdur, buna əminəm. Hətta düşmənlərim belə seçki kampaniyamda özlərinə əks olacaq bir şey aşkarlaya bilmədi. Dürüst olmaq lazımdır. Niyə Con Podesta FBİ-yə sənədlərin araşdırılması üşün icazə vermədi? Bunu düşünmək lazımdır.
Oxşar xəbərlər
«    Noyabr 2018    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 

Mədəniyyət