“Zapravka”lara benzin topdan hansı şərtlə satılır? - İlginc detal

“Zapravka”lara benzin topdan hansı şərtlə satılır? - İlginc detal

















Ölkədə fəaliyyət göstərən yanacaqdoldurma məntəqələrinin sahibləri çıxılmaz vəziyyətlə üzləşiblər.

Bu barədə məlumat verən sahibkarlardan biri deyir ki, onlar hər də SOCAR-ın teriminalından topdan benzin alanda problemlə üzləşirlər:

"Topdansatış terminalında hər 30 tonluq maşına 400 litr əskik benzin vurulur. Təsəvvür edin ki, hər gün 30 ton benzin alan yanacaqdoldurma məntəqəsinin hər aldığı maşından 400 litr benzin əskik olur. Bu da ayın sonunda 12 ton əskik deməkdir. İndi elə yanacaqdoldurma məntəqləri var ki, gün ərzində 10-15 maşın benzin alır, satır. Onların əskiyi isə ayın sonunda 150 tonu aşır və heç bir halda biz bu əskiyi kompensasiya edə bilmirik.

Etiraf edirik ki, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ənənəvi yoxlama keçirir deyə, sayğaclara da müdaxilə eləmək mümkün deyil. Onlar, bununla bərabər, hər rüb "hesab"larını alaraq, gedirlər. Əks halda, yanacağın tərkibindən elə şeylər çıxararlar ki, məntəqəni bağlamaq məcburiyyətində qalarıq. Çox təəssüf ki, komitə və digər qurumlar anbarımıza vurulan benzinin əslində əskik olması faktını bilsələr də, bununla bağlı cəsarətsiz davranırlar. Yəni SOCAR-ın terminalına deyil, dövlətin gücünü bizə göstərirlər. Oysa ki, prizident hər müşavirəsində sahibkarlara problem deyil, dəstək olmaq çağırışını edir. Ancaq görünən odur ki, bəzi qurumların rəhbərləri ancaq öz mənafelərini düşünürlər”.(mia)
Sahibkarın sözlərinə görə, SOCAR-ın topdansatış benzin satışını həyata keçirən termanal rəhbərliyi ilin müxtəlif vaxtlarında zavodun cari təmirə bağlamaq adı ilə toplanan 400 litrləri "silirlər”. Belə ki, zavodun bağlandığı elan olunduqdan sonra benzin topdan satışı köçürmə ilə deyil, nəğd satışla həyata keçirilir:

"Elə bu dönəmdə terminalın qanunsuz bizlərdən kəsdiyi və rəsmi hesabatlardan gizlədilən "leviy benzin”lərii realizə edirlər. Ancaq bizlər 64 qəpiyə aldığımız benzindən kəsilən 400 litrləri qaimə-fakturalardan necə realizə edəcəyimizi bilmirik".