“Partlayırdım e! Ürəyim partlayırdı” – Rəşad Sadıqov

“Partlayırdım e! Ürəyim partlayırdı” – Rəşad Sadıqov


















"Uşaqlar əjdaha kimi vuruşdular. Heç mənim meydanda olmamağımı hiss etdirmədilər. Sevinirəm ki, Çexiya səfərindən xalla dönməyi bacardıq”. Apasport.az saytının məlumatına görə, bu sözləri milli komandamızın kapitanı Rəşad Sadıqov deyib.

DÇ-2018-in seçmə mərhələsində səfərdə Çexiya ilə qarşılaşan millimiz 0:0 hesablı bərabərliyə razılaşıb.

Zədə səbəbindən matçda iştirak edə bilməyən kapitan oyun başa çatdıqdan sonra jurnalistlərin suallarını cavablandırıb.

- Meydana çıxmaq istəmirdin?

- Partlayırdım e! Ürəyim partlayırdı. Lakin həkim dedi ki, zədə şiddətlənə bilər.

- Buna baxmayaraq, 2-ci hissədə isinmə hərəkətləri edirdin...

- Bu, yalnız fövqəladə halda baş tutacaqdı. Ancaq şükürlər olsun ki, uşaqlar mənsiz də qoyulan vəzifəni əla yerinə yetirdilər.

- Zədən nə dərəcə şiddətlidi? Avropa Liqası matçına çıxa biləcəksən?

- İndi bu suala cavab verə bilmərəm. Məni yox, qəhrəmanları danışdırın, qəhrəmanları.