» » Milli Şura aprelin 9-na mitinq təyin edib

Milli Şura aprelin 9-na mitinq təyin edib

Milli Şura aprelin 9-na mitinq təyin edib
















Demokratik Qüvvələrin Milli Şurası (DQMŞ) aprelin 9-da sosial tələblərlə mitinq təyin edib. Bu barədə DQMŞ Koordinasiya Mərkəzinin üzvü, AXCP sədri Əli Kərimli bugünkü mətbuat konfransında bildirib.

Aksiyanın Yasamal rayonunda “Məhsul” stadionunda keçirilməsi planlaşdırılıb.

Ə.Kərimli qeyd edib ki, aksiya “Talana yox!”, “Korrupsiyaya yox!”, “Siyasi məhbuslara azadlıq!” şüarları ilə keçiriləcək.

O, vətəndaşları mitinqdə fəal iştiraka çağırıb.

“Biz göstərəcəyik ki, ölkədə bu rejimə “dur” deyən qüvvələr var”, -Ə.Kərimli vurğulayıb.

Onun sözlərinə görə, mitinqlə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə xəbərdarlıq göndəriləcək./"Turan"/
Oxşar xəbərlər
«    Oktyabr 2018    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Mədəniyyət