Bakıda 5 yaşlı qızı zorlayıb öldürən şəxs danışdı

Bakıda 5 yaşlı qızı zorlayıb öldürən şəxs danışdı




















“İçkili idim”

Bakıda öldürülən 5 yaşlı Aişə Qələndərovanın qatlində ittiham edilən 32 yaşlı Yakov Çernov törətdiyi əməlini etiraf edib.

Bizimhedef.info xəbər verir ki, Xəzər rayon Prokurorluğunun müstəntiqi Pərviz Muradovun ANS PRESS-ə verdiyi məlumata görə, Yakov Çernov dindirilmə zamanı cinayəti törədərkən içkili olduğunu bildirib.

“Guya deyir ki, cinayəti törədənkən içkili olub. Lakin yalan deyir. Keçirilən tibbi ekspertiza müəyyən edib ki, Yakov Çernov hadisəni törədərkən sərxoş olmayıb. Ayıq başla və soyuqqanlılıqla uşağı öldürüb”.

Müstəntiq deyir ki, Yakov Çernov dindirilmə zamanı Aişə Qələndərovanı zorlamadığını deyib: Hazırda uşağın meyiti tibbi ekspertizadan keçirilir. Onun həqiqətən də zorlanıb-zorlanmadığı isə ekspertizanın rəyindən sonra məlum olacaq. Hələlik bu barədə nəsə demək tezdir”.

Pərviz Muradov onu da bildirib ki, qonşular Yakov Çernovu sakit və dinc insan kimi tanıyırmışlar.

Qeyd edək ki, dünən mayın 28-də Pirallahı rayonunda itkin düşmüş 5 yaşlı qızın meyiti tapılıb.
Onun meyiti elə yaşadığı məhlədən, qonşularının həyətində aşkarlanıb.

Qızın elə həmin həyətdə yaşayan qonşusu 1984-cü il təvəllüdlü Çernov Yakov Viktoroviç tərəfindən qətlə yetirildiyi bildirilib.
Ehtimal olunur ki, qətlə yetirilən uşaq zorlanıb.

Çernov Viktoroviçi polis yaxalayıb. Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.