Neftin qiyməti bahalaşır

Neftin qiyməti bahalaşır


















Dünən Brent markalı neftin qiyməti mayın onundan bu yana ən aşağı səviyyəyə enmişdi

Dünya birjalarında neftin qiyməti yenidən bahalaşır.

“Bloomberg” xəbər verir ki, bu gün Bakı vaxtı ilə saat 09:00-a olan məlumata görə, ICE London qitələrarası birjasında Brent markalı neftin qiyməti 0,42% bahalaşaraq bir barelə görə 44,91 dollar olub.

Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,23% artaraq 43,23 dollar təşkil edib.

Qeyd edək ki, bununla belə dünən axşam Brent markalı neftin qiyməti 2% dəyər itirərək mayın onundan bu yana ən aşağı səviyyəyə 44,79 dollara enmişdi.