» » Deputat məmurların dollar cinayətini faş etdi: İqtidar xaricdəki hesabları dondurur - Təcili

Deputat məmurların dollar cinayətini faş etdi: İqtidar xaricdəki hesabları dondurur - Təcili

Deputat məmurların dollar cinayətini faş etdi: İqtidar xaricdəki hesabları dondurur - Təcili














“Qonşu Rusiya, Qazaxıstana fikir verin. Bu ölkələr milli valyutalarının qiymətlərini necə gözəl tənzimləyiblər! Amma biz tənzimləyə bilmədik. Heç tənzimləyə də bilmirik”.

Bu fikirləri deputat Yevda Abramov səsləndirib. Millət vəkilinin sözlərinə görə, vəziyyətdən çıxış yolu kimi, bazara çoxlu dollar çıxarılsın:

“Dollarlar isə evlərdədir, məmurlardadır. Bu dollar bazara çıxmalıdır ki, pul bahalaşsın, dollar ucuzlaşsın. Bazara isə dollar gəlmir. Bazara dolları Rövnəq Abdulayev, SOCAR verir. O birilər isə hamısı gizlədib. Məmurlar dollarları Dubayda, xarici ölkə banklarında gizlədiblər. Mən çağırış edirəm ki, bu dollarları ölkəyə gətirsinlər”.

Deputat Mərkəzi Bankı da hədəfə alıb və Beynəlxalq Bankdakı kredit əməliyyatlarından Elman Rüstəmovun xəbəri olduğunu qeyd edib.

Bu çıxışdan görünür ki, ölkədən milyonlarla dollar çıxarılıb. Həmin vəsaitlər Azərbaycanın maliyyə sabitliyinin pozulması ilə nəticələnib.

Məmurlar xalqın pullarını xaricdə gizlətməklə maliyyə cinayətinə yol veriblər. Onların geri qaytarılması və ya bank hesablarının dondurulması üçün siyasi qərar olmalıdır.

Hakimiyyət tərəfindən hazırlıq gedir və məmurların xaricdəki hesabları dondurula bilər.

Əslində, Azərbaycan Mərkəzi Bankının İdarə Heyəti “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”nı təsdiq edib

Qaydalara əsasən, bank hesabı açılmadan Azərbaycanın daxilində və Azərbaycandan kənara xarici valyutada pul köçürmələri yalnız rezident və qeyri-rezident fiziki şəxslər tərəfindən aparıla bilər.

Rezident və qeyri-rezident hüquqi şəxslər tərəfindən bank hesabı açılmadan xarici valyutada pul köçürməsi əməliyyatlarının aparılmasına yol verilmir.

Azərbaycandan pul çıxarmağa məhdudiyyət qoyulması məmurların belini qıran qərardır. Bu gün milyonlarla dolları olan şəxslər yalnız korrupsioner dövlət məmurlarıdır.

Onsuz da sıravi vətəndaşlarda külli miqdarda pul yoxdur. Ona görə də qərar birbaşa həmin məmurların ölkədən pul çıxarılmasına qarşı hesablanıb.

Əslində, prezidentin etimadını doğrultmayan və büdcəyə zərbə vuran məmurların pullarını ölkədən daşımağa imkan verilməməlidir. Həmçinin, onların xaricdəki hesabları da dondurulmalıdır.

Politika.Az-ın xəbərinə görə, ofşor hesablar qalmaqalı məmurları çətin vəziyyətdə qoyub, onlar bankda saxladıqları pulların məbləğini yazılı təqdim etməlidirlər.

Son günlər ölkənin gündəminə «bomba» kimi düşən offşor hesablar məsələsi məmurların gününü qara edib. Hakimiyyət məmurların xaricdəki bank hesablarını dondurmağa hazırlaşır.

Təşviş içində olan oliqarx-nazirlərin bir çoxu mal-mülkünü xaricə köçürüb. Ölkədə qalan biznes isə təhlükədədir.

Hakimiyyət rüşvət və korrupsiyaya qarşı genişmiqyaslı mübarizə elan etdiyini bəyan etsə də, dünya praktikasında qəbul olunan normalar barədə nədənsə unudulur.

Belə ki, korrupsiyaya qarşı mübarizədə ilk və ən vacib addım məmurların gəlirləri barədə deklorasiyanın qəbuludur. Azərbaycanda isə bu barədə heç bir addım atılmayıb.

Əgər Azərbaycan hökuməti korrupsiyaya qarşı mübarizədə səmimiliyini nümayiş etdirmək istəyirsə, məmurların gəlirləri haqqında bəyannaməni təsdiq etməlidir. Bununla bağlı qanun 2005-ci ildə qəbul olunub.
Oxşar xəbərlər
«    Noyabr 2018    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 

Mədəniyyət