» » Ermənilər Sarkisyanın fahişəlik elədiyini yazdılar

Ermənilər Sarkisyanın fahişəlik elədiyini yazdılar

  • 5-02-2017, 10:19
  • dunya
  • 152
Ermənilər Sarkisyanın fahişəlik elədiyini yazdılar















Erməni liderin 185 min dollara sifətini botoks etdirməsi də mətbuatın diqqətindən yayınmayıb

Ermənistan Prezidenti Serj Sarkisyan sədri olduğu Respublika Partiyasının siyasi məktəbinin dinləyiciləri qarşısındakı çıxışı erməni mətbuatı sərt tənqidlərə səbəb olub.

İstiPress-in məlumatına görə, belə tənqidi məqalələrdən birinin müəllifi Razmik Akopcanyan «Armenianreport» portalında dərc edilmiş məqaləsində Serj Sarkisyanı Milandakı katolik monastrında Şimali Afrika miqrantlarından hamilə qalmış 9 rahibəyə bənzədib. Məqalədə deyilir ki, rahibələr qeyri-qanuni hamilə qaldıqdan sonra özlərinin bakirə olduqlarını iddia ediblər və bu fahişələr öz hamiləliklərini Həzrəti Məryəmin müqəddəs ruhdan hamilə qalmasına bənzədiyini söyləyiblər.

Razmik Akopcanyan Serj Sarkisyanın çıxış zamanı özünü qorxmaz siyasətçi adlandırmasını da bu cür fahişəlik adlandırıb. Sarkisyan isə bildirib ki, qorxaq adamlar siyasətdə kəpənək kimi az ömürlü olurlar: “Nə vaxt həyəcan qorxuya çevrilirsə, bu pisdir. Sən həyəcan altında öz qərarlarını dəyişdirirsənsə, deməli, qorxaqsan. Heç zaman nə təzyiq, nə də qorxu altında öz qərarını dəyişməməlisən”.

Serj Sarkisyan həmin çıxışında işğal edilmiş Azərbaycan torpaqlarının qaytarılması miəsələsinə də toxunub: “Biz Dağlıq Qarabağ məsələsində də güzəştlərə hazırıq, lakin bunun təzyiq altında olmasına qarşıyıq. Nə daxili, nə də xarici təzyiqi qəbul etmirik”.

Razmik Akopcanyan isə həqiqətin daha fərqli olduğunu, Azərbaycanın təzyiqi altında Serj Sarkisyan və klanının işğal edilmiş müəyyən ərazilərdən çıxarıldığını, Azərbaycanın yaşayış məntəqələrini bərpa edərək əhalini geri qaytardığını vurğulayır.

“Sarkisyan və onun yaltaqları əmin etməyə çalışırdılar ki, bu torpaqları geri alacaqlar. Gördüyümüz kimi o, adəti üzrə yalan danışıb. Ümumiyyətlə, o, tez-tez yalan danışır. Həm də tez-tez qorxur”,- deyə müəllif vurğulayır.

Ümumiyyətlə, Serj Sarkisyanın erməni mətbuatında fahişə və s. kimi sözlərlə təhqir edilməsi yenilik deyil. 2014-cü ildə erməni mətbuatı Serj Sarkisyanın Cənubi Koreyada sifətini botoks və mezoterapiya etdirmək üçün 185 min dollar xərclədiyini yazmışdı. Erməni mətbuatı onda Sarkisyanın cinsi orientasiyası barədə şübhə doğuran ifadələr də işlətmişdi. Fotoqraflar Ermənistan prezidentinin səngərdə gənc əsgərin buxağını əlləməsi və ya toyda Robert Koçaryanın oğluna sarılması kimi şəkilləri dərc edərək prezidentin seksual orientyasiyasının ənənəvi olmadığına işarə vururdular.
Oxşar xəbərlər
«    Oktyabr 2018    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Mədəniyyət