İsmayıllıda meşə mafiyası – Video

İsmayıllıda meşə mafiyası – Video










İsmayıllı rayonunda meşələr mütəmadi olaraq qırılır, satılır, məhv edilir

Redaksiyamıza daxil olan yeni məlumatlara görə, İsmayıllı rayonunun meşə massivlərində ağacların kütləvi şəkildə qırılması prosesi daha da sürətləndirilib.

Yerli əhali isə son illər nadir və qiymətli ağac növlərinin sürətlə məhv edilməsində İsmayıllı rayon Meşələrin Mühafizəsi və Bərpası Müəssisəsinin direktoru İlqar Qəribovu günahkar bilirlər. Gələn şikayətlərə görə, İsmayıllıda son illər meşələr vandalcasına məhv edilir. Rayon camaatı bununla bağlı müvafiq instansiyalara, eləcə də ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırova çoxsaylı müraciətlər ediblər, amma ağacları məhv edənlərə qarşı mübarizə yox dərəcəsindədir.

Məlumata görə İlqar Qəribov rayon meşələrin mühafizəsi və bərpası müəssisəsinə müdir vəzifəsinə keçəndən sonra bu sahədə vəziyyət daha da ağırlaşıb. Bu gedişlə İsmayıllı meşələrində ağac qalmayacaq. Özü də meşələrin kütləvi şəkildə qırılmasının səbəbkarları sıravi adamlar deyillər. İsmayıllı meşələrinin kütləvi şəkildə qırılmasının səbəbi rayon meşələrin mühafizəsi və bərpası müəssisəsinin iştirakı ilə bu ağaclardan mebel sənayesində istifadə olunmasıdır. Həmin mebel sənayesi isə rayonlarda fəaliyyət göstərən sexlərdən ibarətdir.

İsmayıllı meşələrinə divan tutanlar barədə yazılar dərc etsək də bütün bu özbaşınalıqlara rəğmən bu günə kimi ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov hər hansı bir reaksiya verməyib. Bu isə belə deməyə əsas yaradır ki, İsmayıllı meşələrinin məhvində elə nazirliyin özü də maraqlı tərəfdir. Xatırladırıq ki, İlqar Qəribovun uzun müddət həmin idarədə rəhbər vəzifədə qalması və meşələri talan etməsi bilavasitə nazirliyin Meşələrin İnkişafı Departamentinin direktoru Şakir İsmayılovla bağlıdır.

Çünki, nazirliyin xəbəri olmasaydı və Şakir İsmayılov İlqar Qəribova qəyyumluq etməsəydi İsmayıllı rayonunda uzun illər yaşıllığın məhvinə kimsə şərait yarada bilməzdi. Hazırda İsmayıllı rayon Meşələrin Mühafizəsi və Bərpası Müəssisəsinin işçiləri tərəfindən çökə, palıd, fıstıq, vələs, göyrüş, şabalıd, qoz, cır armud və digər qiymətli ağaclar kəsilərək İsmayıllı, Göyçay, Ağdaş, Ağsu, Kürdəmir rayonlarında mövcud olan mebel, parket və yeşik sexlərinə aparılır. Hətta qoruq ərazilərində də qiymətli ağaclar qırılaraq satılmaqdadır. İsmayıllı rayon Meşələrin Mühafizəsi və Bərpası Müəssisəsinin direktoru İlqar Qəribovisə hər il meşə zolaqlarının salınması istiqamətində guya ki, görülmüş işlər barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə verdiyi hesabatlar yalnız görüntü xarakteri daşıyır. İsmayıllı meşələrinin bəzəyi hesab olunan bəzi qiymətli ağac növləri bu gün ağac emalı müəssisələri üçün əsl xammal bazasına çevrilib. Meşələrin sürətlə qırılmasına səbəb olan digər bir amil də səfalı məkanlarda, təbiətin qoynunda istirahət mərkəzləri və iaşə obyektlərinə sahib olmaq istəyənlərin sayının çox olmasıdır. Məlum olduğu kimi turizm bölgəsində yerləşən ərazilərdə meşəlikdən təmizlənmiş torpaq sahələri kifayət qədər baha qiymətə satılır.

Maraqlıdır, görəsən bu gün İsmayıllı meşələrinə sadəcə xammal bazası kimi münasibət göstərən İlqar Qəribovun havadarları meşələrin son acınacaqlı durumundan xəbərdardılarmı? Ümid edirik ki, ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov, eləcə də Meşələrin İnkişafı Departamentinin direktoru Şakir İsmayılov bu yazının dərcindən sonra İsmayıllı meşələrində baş verən qanunsuz əməllərin təfərrüatlarını araşdıracaq və qarşıya qoyulan suallara müəyyən aydınlıq gətirəcəklər. Vaxt gələcək ki, nazir Hüseynqulu Bağırov və departament rəhbəri Şakir İsmayılov İsmayıllıda meşələrin məhv edilməsinə səbəbkar olan İlqar Qəribovun qanunsuz əməllərinə görə hesabat verəcək.

P.S HÖRMƏTLİ OXUCULAR, SİZƏ TƏQDİM ETDİYİMİZ BU VİDEO – SUJETDƏ İSMAYILLIDA TƏBİƏTİMİZƏ DİVAN TUTAN MEŞƏ MAFİYASININ CİNAYƏT XARAKTERLİ ƏMƏLLƏRİNİN KİCİK BİR QİSMİNDƏN BƏHS EDİR.NÖVBƏTİ YAZIMIZDA İSMAYIİİIDA MEŞƏLƏRƏ QƏNİM KƏSİLƏN BU DƏSTƏNİN QANUNSUZLUQİARI BARƏDƏ DAHA ĞENİŞ MƏLUMAT VERƏCƏYİK. BİZİ İZLƏYİN!!! qaynarxett.az

P.S.S. Əldə etdiyimiz məlulamata görə İsmayıllı rayon Meşələrin Mühafizəsi və Bərpası Müəssisəsinin direktoru İlqar Qəribovun anası milliyətcə ermənidir. Bu vəya digər şok qandonduran faktları hazırda İsmayıllıya ezam edilmiş jurnalist araşdırma qrupumuz dəqiqləşdirir, dərcə hazırlanır. Mövzunu diqqətdə saxlayacağıq.