» » Kooperasiya Universiteti necə müəllim yetişdirə bilər? - Əjdər Ağayev

Kooperasiya Universiteti necə müəllim yetişdirə bilər? - Əjdər Ağayev

Kooperasiya Universiteti necə müəllim yetişdirə bilər? - Əjdər Ağayev





















Azərbaycanda bir sıra özəl ali məktəblərin bağlanmasına hazırlıq prosesinin getməsi ilə bağlı Politika.Az olaraq yazmışdıq

Xatırladaq ki, məlumata görə, əksəriyyəti ayrı-ayrı məmurların kurasiyasında olan və əsasən gəlir mənbəyi kimi fəaliyyət göstərən bəzi özəl ali məktəblərin lisenziyasının ləğvi üçün Təhsil Nazirliyi siyasi iradəyə malik olmasa da, yuxarı dairələrdə artıq müzakirələr getməkdədir. Gələn xəbərlərə görə, həmin təhsil ocaqları bazara çevrilib və şəxsi ciblərə milyonlar axır. Bu universitetlərin diplomu da heç yerdə tanınmır və nüfuzu olmayan təhsil müəssisələridir.
Həmin universitetlər sırasında Təfəkkür, Bakı Kooperasiya, Bakı Avrasiya, Odlar Yurdu kimi ali məktəblərin adları çəkilir.

Bakı Biznes Universiteti, Azərbaycan Universiteti də lisensziyasına xitam verilə biləcək təhsil ocaqlarının siyahısında qərarlaşıb.

Təhsil üzrə ekspert Əjdər Ağayev Politika.Az-a Azərbaycanda özəl universitetlərin fəaliyyətini şərh edib. Onun sözlərinə görə, ölkədə fəaliyyət göstərən bütün ali təhsil ocaqlarının maddi-texniki bazasının vəziyyəti ürəkaçan deyil və müasir tələblərə cavab vermir: “Universitet məfhumu geniş kompleks təsəvvürünü canlandırır. Ölkədəki universitetlərin xeyli qismi bir və ya iki binadan ibarətdir. Əslində, bu ocaqlar yüksək ali təhsil verən müəssisədirsə, onun hər fakültəsinin bir binası, laboratoriyası, emalatxanası, xəstəxanası, klinikası, konservatoriyası olmalıdır. Məsələn, Türkiyə universitetləri müasir standartlara cavab verir. Azərbaycanda isə həmin tələblərə cavab verən yalnız Naxçıvan Dövlət Universitetidir. Bu universitetin ərazisi o qədər genişdir ki, yorulmamaq üçün orada avtomobillə hərəkət edirlər”.

Ə. Ağayevin sözlərinə görə, uyğun ixtisaslı universitetlərin birləşdirilməsi vacibdir. Sözügedən məsələnin lehinə və əleyhinə olanlar var: “Universitetlərin ərazisində xeyli təchizat tələb edən işləri görmək üçün zaman lazımdır. Universitetlər birləşsə, həmin təchizat ali təhsil ocaqlarının öz daxili imkanları hesabına reallaşacaq. Bakı Dövlət Universiteti özünə uyğun digər təhsil ocaqlarının ixtisaslarını birləşdirə bilər. Mərkəz adını daşımaqla filiallarla, şöbələrlə fəaliyyət göstərə bilər. BDU kimya-biologiya sahəsinə aid olan bir cihazı milyon yarım manata alıb. Digər təminatlar da görülüb. Amma geniş kamps müxtəlifliyi yoxdur. Mən elmi əsaslı universitetlərin birləşdirilməsinin tərəfdarıyam”.

Ə. Ağayev Azərbaycanda yalnız bir neçə özəl ali məktəbin beynəxalq standartlara cavab verdiyini dedi. Ümumilikdə isə ekspertə görə, ölkədə istər özəl, istər dövlət ali təhsil müəssisələrində xeyli problemlər var. Onun sözlərinə görə, hər yerdə göbələk kimi yayılan universitetlərin lüzumuna ehtiyac yoxdur: “Belə universitetləri bitirənlərin nə idarəetmədə, nə də təlim səviyyəsində uğuru olmayacaq. Azərbaycanda universitet yaratmaq təsəvvürü çox bəsit olub. Universitetləri valideynlərdən yığılan pulla açmaq olmaz. Belə universitetlər Avropaya inteqrasiya edə bilmir, beynəlxalq səviyyəyə çıxa bilmir və bilməyəcək. Onlar böyük universitetlərin bir komasıdır. Qafqaz və Xəzər Universitetlərindən başqa bütün özəl ali təhsil ocaqları valideynlərin hesabına açılıb və fəaliyyət də göstərməkdədir”.

Bağlanacaqlar siyahısında adəçəkilən universitetlərə gəlincə, Ə.Ağayev bildirib ki, Kooperasiya Universitetində müəllim yetişdirən fakultə var, amma o lazım deyil: “Onu ləğv etmək, yerində lazımı fakultə yaratmaq lazımdır. Özəl universitetlərə iş adamlarının, biznes sahəsinin dəstəyi lazımdır. Onları bağlamaqdansa bərbad halda olan maddi-tezniki bazalarını düzəldib, yardım edib fəallaşdırmaq daha məqsədəuyğundur”.
Oxşar xəbərlər
«    Noyabr 2018    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 

Mədəniyyət