» » Azərbaycan Mərkəzi Bankı yanında maliyyə monitorinqi xidməti isə bu haqda hələ ki heç bir açıqlama vermək istəmir

Azərbaycan Mərkəzi Bankı yanında maliyyə monitorinqi xidməti isə bu haqda hələ ki heç bir açıqlama vermək istəmir

Azərbaycan Mərkəzi Bankı yanında maliyyə monitorinqi xidməti isə bu haqda hələ ki heç bir açıqlama vermək istəmir
Azərbaycan İŞİD-ə maliyyə vəsaitləri göndərən ölkələr siyahısında
İŞİD terror təşkilatına maliyyə vəsaitləri göndərən ölkələr arasında Azərbaycanın adının olduğu da ortaya çıxıb.

Rusiyanın Maliyyə Monitorinqi üzrə Federal xidmətinə (Rosfinmonitorinq) istinadla veridiyi məlumata görə, Azərbaycan İŞİD-əyardım edən Müstəqil Dövlətlər Birliyi (MDB) sırasında ikinci yerdədir.

Azərbaycan Mərkəzi Bankı yanında maliyyə monitorinqi xidməti isə bu haqda hələ ki heç bir açıqlama vermək istəmir.

MDB dövlətləri içərisində İŞİD və digər terror təşkilatlarına maliyyə vəsaiti göndərən ölkələr arasında birinci yerdə Qazaxıstan, üçüncü yerdə isə Türkmənistan dayanır.

Məlumata görə, pullar əsasən sosial şəbəkələr və elektron vasitələrlə göndərilir. Bu səbəbdən bəzi vətəndaşların göndərdiyi pulları xüsusi xidmət orqanları nəzarətdə saxlaya bilmir.

Terrorçulara pul göndərən dövlətlər arasında Rusiya da var. Araşdırmalar nəticəsində ötən il Bolqar Salmanı ləqəbli rusiyalının Suriyada terror təşkilatına döyüşçü cəlb edilməsi barədə məlumatlar ortaya çıxıb.
Oxşar xəbərlər
«    Oktyabr 2018    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Mədəniyyət