“Xaliq Faiqoğlu” MMC-nin nümunəvi addımları göz önündədir

      “Xaliq Faiqoğlu” MMC-nin nümunəvi addımları göz önündədir












Şirkət rəhbərinin müxtəlif media qurumlarına verdiyi açıqlamalara görə, son beş il ərzində “Xaliq Faiqoğlu” MMC ölkə iqtisadiyyatına təqribən 50 milyon manata yaxın investisiya yatırıb

Bu gün ölkəmizin nəqliyyat sahəsi də, olduqca əhəmiyyətli rolu olan sahələrdən biri hesab olunur. Belə bir səbəb üzündən də, bu sahəni inkişaf etdirmədən nə dövlətimizin strateji əhəmiyyət kəsb edən sahələrində, nə də ki, sosial-iqtisadi həyatını əhatə edən digər sahələrində hansısa uğurları əldə etmək mümkün deyil. Artıq neçə illərdir ki, zamanın tələbinə uyğun bu yöndə müəyyən addımlar atılır və bir çox islahat proqramları da həyata keçirilir. Sevindirici hal odur ki, ictimai həyatımızın bütün sahələrində əldə olunan inkişafın göstəricisi, bu gün ölkəmizin ictimai nəqliyyat sahəsinə də ciddi sirayət etməkdədir. Düzdür, nəqliyyat sektorunun bir neçə sahəsi var və bunlardan biri də, şəhər daxili nəqliyyat sahəsidir. Hazırda bu sahənin inkişaf etdirilməsi, çoxsaylı problemlərinin aradan qaldırılması və s. olduqca əhəmiyyət kəsb edən məsələlərdəndir. Çünki, indi ölkə əhalisinin daha çox hissəsi paytaxt Bakıda cəmləşib ki, bu da öz-özlüyündə müəyyən problemlərin əmələ gəlməsi ilə nəticələnir. Belə bir vaxtda paytaxt sakinlərinə nümunəvi nəqliyyat xidməti göstərmək, hər kəsin rahatlığı naminə müəyyən addımları atmaq, özəl sərnişindaşıma ilə məşğul olan cəmiyyətlərin qarşısında əsas vəzifə olaraq durur.

Ümumiyyətlə, Bakı şəhərinin sürətlə dəyişən ictimai nəqliyyat sektorunda bu gün elə yeniliklər baş verir ki, bu da dövlətimizin həyata keçirdiyi islahatlar nəticəsində əldə olunur. Atılan addımların nəticəsi olaraq sərnişindaşıma ilə məşğul olan özəl şirkətlər öz imkanlarını sürətlə təkmilləşdirir və səmərəli iş fəaliyyətlərini də günbəgün artırırlar. Bu sahədə ən böyük fəallığı ilə ad-san çıxaran və 2002-ci ildən sərnişindaşıma ilə məşğul olan özəl şirkətlərindən biri də “Xaliq Faiqoğlu” MMC-dir. Xatırladaq ki, hazırda bu şirkət Bakıda 18, 20, 37, 52, 61, 65, 79, 85, 96, 114, 135 və 199 saylı marşrut xətləri üzrə paytaxt sakinlərinə nümunəni nəqliyyat xidməti göstərməkdir. Cəmiyyətin fəaliyyəti ilə bağlı əldə etdiyimiz məlumatlardan bəlli olur ki, müasir diaqnostika və təmir cihazları ilə təchiz olunmuş mərkəzdə çalışan hər kəsin əməyinin mühafizəsi təşkil olunur, texniki təhlükəsizlik qaydalarına da lazımınca riayət edilir. Şirkətin balansında olan avtobuslara gündəlik servis xidmətləri göstərilir, daxili və xarici hissələrinin təmizlənməsi, salonlarının dezinfeksiyası olunması və s. həyata keçirilir. Cəmiyyətdə çalışanların daha çoxu lazımi iş təcrübəsinə malik mütəxəssislərdir ki, onlardan bəziləri dəfələrlə xarici ölkələrdə keçirilən təlim və ixtisasartırma kurslarında iştirak ediblər, zəngin təcrübə də qazanıblar. Xəttə çıxmazdan öncə hər bir avtobus sürücüsünün həkim müayinəsindən keçməsi üçün mərkəzdə xüsusi həkim otağı, dispetçer otağı, ehtiyat hissələrinin saxlanıldığı anbar və bir neçə ofis otaqları fəaliyyət göstərir ki, bu da ümumi işin ahənginə olduqca müsbət təsir göstəriir. Bəli, bu gün dövlətimiz tərəfindən sahibkarlığın inkişafına xüsusi önəm verilməsi, məhz bu sahənin daha da inkişaf etdirilməsinə nəticələnməkdədir. Xeyli müddətdir ki, "Bakı Nəqliyyat Agentliyi” tərəfindən sərnişindaşıma sahəsində həyata keçirilən islahatlarda yaxından iştirak edən "Xaliq Faiqoğlu" MMC-nin balansında olan nəqliyyat vasitələrində də vahid kart sistemi tətbiq olunur ki, bu da sürücülərlə bərabər, çoxsaylı sərnişinlərin də rahatlığını təmin edir.

Onu da vurğulayaq ki, 2002-ci ildən paytaxt Bakıda sərnişindaşıma fəaliyyəti ilə məşğul olan “Xaliq Faiqoğlu” MMC-nə məxsus yeni təmir mərkəzi, məhz bu ilin 01 iyul günü istifadəyə verilib. Bu da indiyə kimi ölkədə fəaliyyət göstərən ənənəvi avtobus qarajları barədə formalaşan təsəvvürü tamamilə dəyişdirir. Əldə etdiyimiz başqa bir məlumatlara görə, cəmiyyətə məxsus yeni təmir mərkəzi istifadəyə verildikdən sonra, burada 50-yə yaxın yeni iş yerləri açılıb. Ümumilikdə, adı çəkilən şirkətdə 1000 nəfərdən çox işçinin çalışdığı bildirilir ki, onlardan da 300-500 nəfərinin sürücü və dispetçer xidməti ilə məşğul olan şəxslər olduğu vurğulanır. “Xaliq Faiqoğlu” MMC-nin rəhbəri Faiq Seyidov hər zaman qeyd edir ki, “bu gün dövlətimiz tərəfindən sahibkarlığın inkişafına xüsusi diqqət və qayğı göstərilir. Bizim şirkət də belə bir addımlarını, məhz möhtərəm prezidentimiz İlham Əliyevin ölkəmizdə sahibkarlığın inkişafına göstərdiyi diqqət və qayğıdan ruhlanaraq atmaqda davam edir”. Onu da vurğulamaq yerinə düşər ki, 15 ildən bir qədər çox müddət ərzində fəaliyyət göstərən “Xaliq Faiqoğlu”MMC, bu gün paytaxt Bakıda özəl sərnişindaşıma ilə məşğul olan ən böyük şirkətlərdən biri hesab olunur. Hazırda bu şirkətin operatorluq etdiyi xətlərdə 300-dən artıq müasirtipli, hər cür rahatlığı təmin edən avtobuslardan istifadə olunur. Şirkətin paytaxt sakinlərinə göstərdiyi nümunəvi xidmət, hər zaman dövlətimiz tərəfindən də təsdiqlənib. Belə bir səbəb üzündən də, bu günə kimi ölkəmizdə keçirilən müxtəlif dövlət əhəmiyyətli tədbirlərdə “Xaliq Faiqoğlu” MMC-nin xidmətlərindən dəfələrlə istifadə olunub. Şirkət rəhbərinin müxtəlif media qurumlarına verdiyi açıqlamalara görə, son beş il ərzində “Xaliq Faiqoğlu” MMC ölkə iqtisadiyyatına təqribən 50 milyon manata yaxın investisiya yatırıb. Yatırılan vəsait müasir avtobusların alınmasına, daha çox isə müasir infrastrukturun və xidmət sahələrinin yeniləşdirilməsinə sərf olunub. Verilən başqa bir məlumatlara görə, paytaxt sakinlərinə rahatlıq gətirən elektron ödəniş sisteminin qurulması üçün, şirkət 2 milyon 150 min manatdan çox vəsait xərcləyib və bu sistemin qurulmasını, Türkiyənin “Kar qrup” şirkətinin dəstəyi ilə həyata keçirib. Bəli, sərnişin daşınmada kart sisteminin tətbiqi təkcə ödənişlərin rahatlığını deyil, digər problemlərin də həllini həyata keçirməyə imkan verir. Ələlxüsus, bu cür qaydanın tətbiqi sürücülərin üz-üzə qaldıqları ayrı-ayrı problemləri həll etməklə bərabər, eyni zamanda sərnişinlərə yüksək səviyyəli xidmət göstərməyə də imkan verir. Ən əsası, atılan belə bir addımın varlığı şirkətin maliyyə fəaliyyətinin şəffaflığını təmin edir.

Əldə etdiyimiz başqa bir məlumatlara görə, vaxtilə “Xaliq Faiqoğlu” MMC-nin işgüzar fəaliyyəti hansısa qüvvələr tərəfindən həzm olunmadığından, ona məxsus bir neçə maşrşrut xətləri bağlanmışdı. Hətta, həmin xətlərin digər şirkətlərə verilməsinə cəhdlər də olunmuşdu. Bütün bunlara baxmayaraq, ölkə rəhbərinin sahibkarlığın inkişaf etdirilməsi, problemlərinin aradan qaldırılması istiqamətində ciddi addımlarını atması, məhz əksər mətləblərə aydınlıq gətirməyə imkan verdi. Ən əsası, dövlət başçısının vermiş olduğu dəstək “Xaliq Faiqoğlu” MMC-nin üz-üzə qaldığı problemlərin ədalətli həlli ilə də nəticələndi. Bəli, bu gün cəmiyyətin rəhbərliyi belə bir dəstəyi görür və uğurlu iş fəaliyyətini də davam etdirir. Adı çəkilən qurumun rəhbəri Faiq Seyidov daim bildirir ki, “inanırıq ki, dövlətimiz biz sahibkarlara göstərdiyi dəstəyini gələcəkdə də davam etdirəcək. Belə bir səbəb üzündən də, çalışacağıq ki, işlərimizdə heç bir nöqsan olmasın, hər hansı problem əmələ gəlməsin”. Əldə etdiyimiz səhih məlumatlara görə bu gün şirkət rəhbərinin əsas amalı yeni marşrut xətlərinin açılmasına deyil, istifadə olunan xətlərdə xidmətin keyfiyyətinin daha da yaxşılaşdırılmasına yönəldilib. Açıq-aydın şəkildə onu da vurğulaya bilərik ki, bu gün “Xaliq Faiqoğlu” MMC-də sürücülərin peşəkarlığına, xidmət mədəniyyətinin yüksək səviyyədə olmasına daha çox diqqət yetirilir. Şirkət iş fəaliyyətini daha da yaxşılaşdırmaq üçün, dünyanın ən nüfuzlu şirkətləri ilə də əməkdaşlıq edir ki, bu da daha yaxşı nəticələr əldə etməyə yollar açır.
      “Xaliq Faiqoğlu” MMC-nin nümunəvi addımları göz önündədir      “Xaliq Faiqoğlu” MMC-nin nümunəvi addımları göz önündədir      “Xaliq Faiqoğlu” MMC-nin nümunəvi addımları göz önündədir
      “Xaliq Faiqoğlu” MMC-nin nümunəvi addımları göz önündədir
      “Xaliq Faiqoğlu” MMC-nin nümunəvi addımları göz önündədir
      “Xaliq Faiqoğlu” MMC-nin nümunəvi addımları göz önündədir