Tanınmış aktyor dünyasını dəyişdi - FOTO

Tanınmış aktyor dünyasını dəyişdi - FOTO




















Tanınmış aktyor Məcnun Hacıbəyov vəfat edib. Bu barədə jurnalist İradə İsaq sosial şəbəkədə yazıb:

"Gözəl aktyor Məcnun Hacıbəyov dünyasını dəyişdi. 2012-ci ildə ATV kanalında "Sönməyən ulduzlar" verilişində bütün etiraflarını mənə etmişdi. Ölümündən də danışmışdı. Çox gözəl veriliş idi".

Xatırladaq ki, 81 yaşlı əməkdar artist ömrünün qırx ildən çoxunu Azərbaycan teatrına həsr etmişdi. 2010-cu ildə işlədiyi Azərbaycan Dövlət Dram Teatrından küsərək doğulduğu İkinci Nügədi kəndinə qayıtmışdı.


Tanınmış aktyor dünyasını dəyişdi - FOTO