Ağdaşda ulu öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü ilə bağlı tədbir keçirilib

Ağdaşda ulu öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü ilə bağlı tədbir keçirilib

















Heydər Əliyev Mərkəzində ulu öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə rayonun ümumtəhsil məktəbləri şagirdlərinin ifasında “Ana dilim-qala dilim” adlı musiqili ədəbi-bədii tədbir keçirilmişdir


Tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsi önünə gələrək onun xatirəsini ehtiramla yad etmiş, abidənin önünə gül dəstələri düzmüşlər.
Rəngarəng səhnə imkanları vasitəsi ilə məktəblilər minilliklər boyu formalaşan və bu günümüzə gəlib çatan Azərbaycan dilinin xalqımızın qədimlik simvolu, qürur mənbəyi olduğu diqqətə çatdırılmaqla, ulu öndər Heydər Əliyevin milli təəssübkeşliyi sayəsində dilimizin qorunması, dünya dilləri içərisində özünə layiqli yer tutması istiqamətində böyük işlər görüldüyü qeyd edilmiş, ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan uğurlu dil siyasətinin hazırda bu sahədə əldə edilən uğurların əsasını təşkil etdiyi nümayiş etdirilmişdir.