» » Bu gündən Tarif Şurasının qərarları qüvvəyə mindi

Bu gündən Tarif Şurasının qərarları qüvvəyə mindi

Bu gündən Tarif Şurasının qərarları qüvvəyə mindi

















Bu gündən Azərbaycan Tarif Şurasının qeyri-əhali istehlakçı qrupu üzrə təbii qazın qiymətinin diferensiallaşdırması və elektrik enerjisinin qiymətinin diferensiallaşdırması ilə bağlı qərarı qüvvəyə minib.

Şuranın qərarına əsasən, təbii qazın pərakəndə satış tarifi əhali üzrə illik istehlak həcmi 1500 kubmetrədək olan istehlakçılar üçün dəyişdirilməyərək bir kubmetr üçün mövcud 10 qəpik səviyyəsində saxlanılıb, illik istehlak həcminin 1500 kubmetrdən çox olan hissəsi üçün isə 20 qəpik müəyyənləşdirilib.

Qərarda bildirilib ki, diferensial tariflərin tətbiqi nəticəsində abonentlərin, o cümlədən aztəminatlı ailələrin təbii qaz üzrə ödənişlərində artım olmayacaq.

Şuranın qərarı ilə təbii qazın tarifi elektrik enerjisi istehsalı müəssisələri üzrə min kubmetr üçün 120 manat, qeyri-əhali istehlakçı qrupu üzrə isə 200 manat səviyyəsində təsdiq edilib.

Təbii qazın qeyri-əhali qrupu üçün 2016-cı ilin 1 dekabr tarixindən, əhali istehlakçı qrupu üzrə tarifləri 2017-ci ilin yanvar ayının 1-dən tətbiq olunacaq.

Şuranın qərarı ilə elektrik enerjisinin bir kilovat-saat üçün topdansatış tarifi 5,7 qəpik təsdiq edilib, pərakəndə satış tarifi isə əhali üzrə aylıq elektrik enerjisi istehlakı 250 kilovat-saatadək olan istehlakçılar üçün dəyişdirilməyərək mövcud 7 qəpik səviyyəsində saxlanılıb, aylıq istehlak həcminin 250 kilovat-saatdan çox olan hissəsi üçün isə 11 qəpik müəyyənləşdirilib.
Oxşar xəbərlər
«    Noyabr 2018    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 

Mədəniyyət