» » Bakıda dəhşətli yanğın: bir ailə külə döndü

Bakıda dəhşətli yanğın: bir ailə külə döndü

  • 29-11-2016, 10:26
  • hadise
  • 182
Bakıda dəhşətli yanğın: bir ailə külə döndü




















Bakı şəhəri, Nizami rayonunda sovet dövründən tikintisi yarımçıq qalmış yaşayış binasının ümumi sahəsi 210 m2 olan zirzəmisində 4 ailənin məskunlaşdığı otaqların yanar konstruksiyaları 97 m2 sahədə yanıb.

FHN-nin saytı xəbər verir ki, yanğının kəşfiyyatı zamanı 1983-ci il təvəllüdlü Babaşov Seymur Əkbər oğlu, həyat yoldaşı 1986-cı il Babaşova Cəvahir Əlövsət qızı və övladları 2005-ci il təvəllüdlü Babaşov Fərhad Seymur oğlu, 2007-ci il təvəllüdlü Babaşov Elşad Seymur oğlunun yanmış meyitləri yanğınsöndürənlər tərəfindən aşkar olunaraq, Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri tərəfindən çıxarılıb və aidiyyatı üzrə təhvil verilib.

Zirzəminin qalan hissəsi və mənzillər yanğından mühafizə olunub.
Oxşar xəbərlər
«    Noyabr 2018    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 

Mədəniyyət