“Barselona” Çempionlar Liqası ilə vidalaşdı

“Barselona” Çempionlar Liqası ilə vidalaşdı




















Qrizmann dubla imza atıb

Çempionlar Liqasının növbəti iki yarımfinalçısı məlum olub.

“Barselona” öz meydanında 1 top fərqi ilə üstələdiyi digər ispan təmsilçisi “Atletiko” ilə səfərdə qarşılaşıb.

Matç paytaxt təmsilçilərinin 2:0 hesablı qələbəsi ilə bitib. Antoan Qrizmannın 26 və 88-ci dəqiqələrdə vurduğu qollar “Atletiko”nu yarımfinala çıxarıb.

Digər 1/4 final qarşılaşmasında “Benfika” doğama meydanda “Bavariya” ilə bərabərliyə qalıb - 2:2.

İlk oyunda minimal hesabla qələbə qazanan almanlar yarımfinala yüksəliblər.

Beləliklə Çempionlar Liqasının 2015/2016 mövsümünün yarımfinalında “Real”, “Mançester Siti”, “Bavariya” və “Atletiko” mübarizə aparacaqlar.