Facebook yeni düymə tətbiq etdi

Facebook yeni düymə tətbiq etdi




















Yeni alətdən hamı istifadə edə biləcək

Facebook sosial şəbəkəsi bütün istifadəçilər üçün “Yadda saxla” (“Save”) düyməsini tətbiq edir.

Bu barədə Facebook-un F8 hazırlayanlar üçün konfransında məlum olub.

Onların sözlərinə görə, düymə istifadəçilərə onları maraqlandıran məqalələri, video və s. daha sonra baxmaq üçün Facebook-da qovluqda saxlamaq imkanı verəcək.

Bundan başqa, kontenti onlayn paylaşmaq üsullarını təqdim edən, yeni “Quote Sharing” alətindən hamı istifadə edə biləcək.