Bakıda daha bir qumarxana açıldı

Bakıda daha bir qumarxana açıldı

















Bu dəfə qumarbazlar «Avto Cars» reklam lövhəsinin arxasında gizlənməyə çalışıblar

Son dövrlər Bakıda qumarxanaların sayı sürətlə artmağa başlayıb. Redaksiyamız xəbər verir ki, bir müddət əvvəldən etibarən yağışdan sonrakı göbələklər misalı çoxalan bu məkanlara daha biri əlavə olunub.

Belə ki, Ayna Sultanovanın heykəlinin arxasında yerləşən yeni binanın 1-ci mərtəbəsində «Kontak» mağazasına bitişik «Avto Cars» reklamlı obyektdə açıq-aşkar qumar oynanılır. Redaksiyamıza verilən məlumata görə, həmin qumarxananın belə bir reklam lövhəsinin altında fəaliyyət göstərməsi bu biznesin bilicilərinin təzə «kəşfi»dir. Onların ağlıyca bu cür «kamflyüaj» onların əməllərini gizlədəcək. Lakin belə məkanlar qısa müddətdə üzə çıxır və bunu bilənlər də elə ətrafda yaşayan insanlar olurlar.

Maraqlı məqamlardan biri də odur ki, həmin obyektdə qumar oynanıldığını hamı bildiyi halda, Binəqədi Polisi niyə susur. Halbuki qanunun tələblərinə uyğun olaraq, həmin məkan bağlanılmalı və bu işə rəvac verənlər isə məsuliyyətə cəlb edilməlidirlər. Bu addımlar atılmırsa, o zaman ortaya başqa məqamlar və şübhələr çıxmağa başlayır.