Ukrayna "Böyük yeddilik"dən kömək istəyir

Ukrayna "Böyük yeddilik"dən kömək istəyir

















Ukraynanın baş naziri Arseniy Yatsenyuk Kiyevdə kanadalı həmkarı Stefen Harperlə görüşüb. ANS PRESS-in məlumatına görə, görüşdən sonra keçirilən birgə mətbuat konfransında Yatsenyuk ölkənin ərazi bütövlüyünün qorunması üçün "Böyük 7-lik" ölkələrindən dəstək istəyib.
Yatsenyuk həmkarına 1994-ci il Rusiya ilə əldə olunan Budapeşt memorandumunu xatırladıb: “Ukrayna nüvə silahlarını təhvil verdikdən sonra Rusiyanın Ukraynanın ərazi bütövlüyünə təminat verməsinə baxmayaraq bu razılaşmaya sonunadək əməl etmədi. Artıq mümkün qədər qısa zaman ərzində yeni qlobal təhlükəsizlik sistemi yaratmaq və sistemə qarşı çıxanları ciddi şəkildə cəzalandırmaq lazımdır”.