Azərbaycanda böyük birləşmə

Azərbaycanda böyük birləşmə


















Vergilər Nazirliyi məlumat yaydı

Kənd Təsərrüfatı Nazirliyi 5 aqrar müəssisəni bir MMC-də birləşdirib.

Bu barədə Vergilər Nazirliyindən bildirilib.

Nazirlər Kabinetinin qərarına uyğun olaraq Abşeron rayonundakı “Güzdək” qoyunçuluq üzrə damazlıq dövlət kənd təsərrüfatı istehsalı müəssisəsi MMC “S.Əliyev adına südlük-maldarlıq üzrə damazlıq dövlət kənd təsərrüfatı istehsalı müəssisəsi MMC, “Qobu” dəvəçilik üzrə damazlıq dövlət kənd təsərrüfatı istehsalı müəssisəsi MMC və “Abşeron rayon meyvə tingliyi üzrə dövlət kənd təsərrüfatı istehsalı müəssisəsi” MMC birləşdirilib.

Onların bazasında Kənd Təsərrüfatı Nazirliyinin “Abşeron Kənd Təsərrüfatı İstehsalat Müəssisəsi” MMC yaradılıb.

Bununla əlaqədar olaraq yuxarıda adları qeyd olunan MMC-lərin kreditor borcları və digər hüquqi və fiziki şəxslərə olan borcları barədə Kənd Təsərrüfatı Nazirliyi yanında yaradılmış ləğvetmə komissiyasına (Ünvan: Bakı şəhəri, Səbail rayonu, Üzeyir Hacıbəyov küçəsi, 40) iki ay ərzində müraciət etmək xahiş edilir.