Dövlət büdcəsini kim talayır? - BEYLƏQAN MALİYYƏ İDARƏSİNİN MÜDİRİ İFŞA OLUNDU

Dövlət büdcəsini kim talayır? - BEYLƏQAN MALİYYƏ İDARƏSİNİN MÜDİRİ İFŞA OLUNDU















Saxta diplomlu maliyyəçi Oktay Hacıyev büdcəni belə talayır

Maliyyə Nazirliyinin tabeliyində olan rayon maliyyə idarələrinin əsas vəzifəsi büdcədən maliyyələşən yerli təşkilatları “Dövlət büdcəsi haqqında” Qanunun müvafiq maddələrində göstərildiyi kimi, üç ildən bir təftiş etməkdir. Bu idarələr əyalətlərdə fəaliyyət göstərən və büdcədən maliyyə dəstəyi alan qurumların həmin vəsaitləri necə və hansı işlərə sərf etməsini araşdırır. Hansısa neqativ hallar və maxinasiya faktlarının aşkara çıxarılmasında onların üzərinə böyük məsuliyyət düşür. Müxtəlif maliyyə və xəzinədarlıq idarələrində mövcud olan problemlərlə bağlı faktları dəfələrlə yazmışıq. Amma bu, hələ problemlərin tam şəkildə yoluna qoyulması anlamına gəlmir. Ölkənin müxtəlif bölgələrində maliyyə idarələrinin işi qənaətbəxş deyil. Bunlardan biri də Beyləqan rayonudur.

Beyləqan rayon Maliyyə İdarəsinin rəisi Oktay Hacıyevin öz işinin öhdəsindən layiqincə gələ bilməməsi vətəndaşlar arasında ona olan bütün ümidlərin üstündən xətt çəkib. O. Hacıyevlə bağlı saytımıza ilginc informasiyalar daxil olub. Həmin məlumatda qeyd olunur ki. rayon maliyyə idarəsinin müdirinin ikinci diplomu saxtadır. Oktay Hacıyevi yaxından tanıyan mənbə bildirir ki, idarə rəisinin birinci ali təhsili metallurgiya sahəsi ilə bağlıdır: ” Oktay Hacıyev sovet dönəmində uzun müddət RTS adlı bazanın, müstəqillik dövründə isə Beyləqan pambıq zavodunun müdiri işləyib”. Mənbə həmçinin cumhuriyyet.az-a bildirib ki, Beyləqan maliyyə idarəsinin rəisi ikinci diplomunu 2004-cü ildə alıb : “Həmin diplomun alınmasında Oktay Hacıyevə yardımçı olan şəxs isə Beyləqan Vergi İdarəsinin keçmiş rəisi Ramiz adlı şəxs olub. Oktay Hacıyevin diplomu Azərbaycan İqtisad Universitetinin Dərbənd filialına məxsusdur. Bu filila isə tələbələrin rüşvətlə daxil olduğu hər kəsə aydındır”.

Mənbə bildirir ki, Oktay Hacıyev Dərbənd filialına qəbul olunmaq üçün həmin vaxt 5 min dollar rüşvət verib. Beyləqanda hər kəs yaxşı bilir ki, Oktay Hacıyev “heç vaxt imtahan verib universitetə qəbul oluna bilməz”. Çünki universitetə qəbul olunduğu vaxt onun başı Pambıq Zavodunun fəaliyyətinə qarışmışdı və biznesinin inkşafından başqa heçnə düşünmürdü. İdarə rəisi Dərbənd filialında 3 kursda İqtisad Universitetinə “perevod” olunub. Bundan sonra isə İqtisad Universitetinin məzunu kimi diplomunu alıb. Məlumatlı şəxsin 7news.az-a bildirdiyinə görə, Oktay Hacıyev ikinci diplomunu tez tələsik ona görə aldı ki, onun çoxdan arzusu idi Beyləqan Maliyyə idarəsinin müdiri vəzifəsinə keçsin. Çünki rayonda hamı bilirdi ki, 80-ə yaxın yaşlı olan maliyyə idarəsinin müdiri Məhəmmədəli müəllim yaşına görə məcburən vəzifəsindən uzaqlaşdırılacaq. Hər şey Oktay Hacıyevin planlaşdırdığı kimi də olur. Mənbəmizin sözlərinə görə Oktay Hacıyevin maliyyə idarəsinin müdiri olmaq üçün Beyləqanın keçmiş icra başçısı İrşad Əliyevə və maliyyə nazirliyinə ümumilikdə 200 min manat xərc çəkdiyi deyilir: “Oktay Hacıyev idarə müdiri olan kimi bütün icra nümayəndələrinə ayrılan vəsaitlərdən haqq kəsməklə başladı. İdarə rəisi hər bir büdcə təşkilatına ayırdığı vəsaitin 10 faizini kəsərək onun payının olduğunu deyirdi. İdarə müdiri hər il rayon Təhsil şöbəsinə, Mədəniyyət və Turizm idarəsinə, Səhiyyə idarəsinə ayrılan vəsaitdən ən azı 60-70 min manat pul qazanır. Oktay Hacıyevin əsas qazancı isə rayon daxili büdcəsindən baxçaların, Beyləqan şəhərinin abadlaşması və kənd icra nümayəndəliklərinə ərzaq mallarının alınması üçün ayrılan vəsaitlərdən kəsdiyi paradır. İdarə icra nümayəndəliklərinə ayrılan vəsaiti şişirdərək hər dəfə ən azı 2-3 min manat arası xeyir götürür. Son 5 ildə Beyləqan kənd icra nümayəndələrinə üst-üstə 3 milyon manata yaxın vəsait ayrılıb. Bu isə o deməkdir ki, Oktay Hacıyev 5 ildə ən azı 400 min manat qazanıb. Amma bu siyahıya Beyləqan şəhər icra nümayəndəliyi və digər büdcə təşkilatları aid deyil. Bunlarıda hesablayanda idarə rəisinin qazancı 1 milyon manatdan çox edir. Məlumata əsasən hələ üç il öncə il rayonda həm Baş Prokuruorluq yanında Korrupsiya İdarəsinin konkret şikayətə əsasən apardığı yoxlama əsasında, həm Hesablama Palatasının apardığı yoxlamalar əsasında külli miqdarda yeyintiyə görə Rayon Maliyyə Şöbəsinin müdiri Oqtay Hacıyev və rayon İcra Hakimiyyətinin məsul şəxsləri barədə cinayət işinin açılır. Bildirilir ki, son iki il müddətində büdcədən ayrılan dövlət vəsaitlərinin təyinatı üzrə xərclənməməsinə görə rayonda böyük mənimsəmə halları aşkarlanıb. Bu mənimsəmə hallarında isə Beyləqan Maliyyə şöbəsinin müdiri Oqtay Hacıyev birbaşa iştiakçı olub.

Növbəti sayımızda Oktay Hacıyevin kənd icra nümayəndələrindən qazandığı pulları və son 5 ildə Beyləqan maliyyə idarəsindən ayrılan vəsaitləri oxucularımıza təfsilatı ilə çatdıracağıq.