» » "Azərsu" payızda da camaatı sınağa çəkir - ŞİKAYƏT

"Azərsu" payızda da camaatı sınağa çəkir - ŞİKAYƏT

  • 17-09-2016, 13:45
  • gundem
  • 256
"Azərsu" payızda da camaatı sınağa çəkir - ŞİKAYƏT










Abşeron rayonu, Masazır qəsəbəsinin sakinləri iki gündür su təchizatından məhrum olublar. Qafqaz Xəbər Agentliyinə müraciət edən sakinlər bildiriblər ki, onlara əvvəlcədən hər hansı xəbərdarlıq edilməyib və suyun kəsilməsinin səbəbi açıqlanmayıb. Sakinlər tamamilə içməli su ehtiyatından məhrum olduqlarını, evdə su tədarükü üçün marketlərə üz tutduqlarını qeyd edirlər. Biz “Azərsu”nun “Qaynar xətt”inə zəng etdik. Operator xanım (ad-soyadını bizə bildirmədi – red.) Qafqaznews.az-a bildirdi ki, Masazırda su xəttində təmir gedir.

“Təmir əslində dünən yekunlaşmalı idi. Lakin material çatışmazlığından, dünən işləri başa çatdırmaq mümkün olmayıb. Bu gün təmir işlərini yekunlaşdırmaq nəzərdə tutulub”, – deyə “Azərsu” əməkdaşı bildirib.

Sözardı: “Azərsu” rəhbərliyindən xahiş edirik, növbəti dəfə hər hansı ərazidə təmir işləri apardıqda xarici ölkələrin təcrübəsindən istifadə etsin. Məsələn, KİV-lər vasitəsilə əhalini xəbərdar etmək mümkündür.
Oxşar xəbərlər
«    Noyabr 2018    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 

Mədəniyyət