» » Eldar Mahmudovun həbsi gündəmə gəldi - Gəlişmə...

Eldar Mahmudovun həbsi gündəmə gəldi - Gəlişmə...

  • 28-08-2016, 12:01
  • yuxari
  • 222
Eldar Mahmudovun həbsi gündəmə gəldi - Gəlişmə...

















Hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində mühakimə olunan Beynəlxalq Bankın sabiq prezidenti Cahagnir Hacıyev bir sıra sensasiya doğuracaq bəyanatlar səsləndirməkdədir. Cahangir Hacıyev sonuncu prosesdə sabiq MTN rəhbəri Eldar Mahmudovun gəlini olan qızı Leyla Mahmudovanın adına külli miqdarda kredit borcu yazılması barədə danışıb.

Gununsesi.info-nun araşdırması zamanı isə bəlli olub ki, DIN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Idarəsində “Beynəlxalq Bank işi” ilə bağlı araşdırmalar başlayanda Eldar Mahmudovun oğlu Anar Mahmudovun həyat yoldaşı Leyla Mahmudova da “Bandotdel”ə çağırılıb. Ancaq Böyük Britaniyada olan Leyla Mahmudova bu dəvəti qəbul etməyib və bir daha Azərbaycana gəlməkdən imtina edib.

Araşdırmalar zamanı o da bəlli olub ki, Leyla Mahmudova barəsində Dövlət Sərhəd Xidmətinə ölkəyə gələcəyi təqdirdə “dayandırılsın” əmri verilib.

Qeyd edək ki, “MTN işi” çərçivəsində qurumun xeyli sayda yüksək rütbəli zabiti həbs olunsa da, Eldar Mahmudov hələ də azadlıqdadır. Əldə etdiyimiz məlumatlara görə, Cahagir Hacıyevin məhkəmə prosesində sərt çıxışlarından sonra Eldar Mahmudovun da həbsi məsələsi gündəmə gəlib. Hakimiyyət hesab edir ki, Eldar Mahmudovun azadlıqda qalması Cahangir Hacıyevi ürəkləndirib.
Oxşar xəbərlər
«    Oktyabr 2018    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Mədəniyyət