Nardaranda gecə nələr baş verib?

Nardaranda gecə nələr baş verib?




















Qəsəbə sakinləri tonqal yandıraraq ətrafına yığışıblar

Nardaran qəsəbəsində vəziyyət dəyişməz olaraq qalır. Qəsəbənin giriş və çıxışı yenə ciddi nəzarətdədir.

Bizimhedef.info-nun Trend-ə istinadən məlumatına görə, gecə saatlarından başlayaraq artıq yalnız qəsəbəyə daxil olan avtomobillər deyil, nəqliyyat vasitələrindəki sərnişinlərin sənədləri də yoxlanılır.

Həmçinin Nardaranda qeydiyyatda olmayan şəxslərin avtomobillərinin qəsəbəyə girişinə icazə verilmir.

Qəsəbədə elektrik enerjisi hələ də bərpa edilməyib. Xatırladaq ki, abonentlərin borcu olduğu üçün elektrik enerjisinin verilişi ötən gündən dayandırılıb.

Kənd sakinləri hələ də meydanı tərk etməyiblər, tonqal yandıraraq ətrafına yığışıblar.