Xalq artisti dünyasını dəyişdi

Xalq artisti dünyasını dəyişdi

















O, II Fəxri Xiyabanda dəfn olunacaq.

Azərbaycanın xalq artisti, Bakı Musiqi Akademiyasının professoru, bəstəkar Nəriman Məmmədov vəfat edib.

Bizimhedef.info xəbər verir ki, Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadənin APA-ya verdiyi məlumata görə, N.Məmmədov bir neçə gün əvvəl insult keçirib.

F.Əlizadə qeyd edib ki, Nəriman Məmmədovla vida mərasimi aprelin 7-də saat 14: 00-da Bakı Musiqi Akademiyasında olacaq, o, II Fəxri Xiyabanda dəfn olunacaq.

Qeyd edək ki, N.Məmmədov 1927-ci il dekabrın 28-də Naxçıvan şəhərində doğulub.