» » Sudan prezidenti Fətullah Gülənə bağlı məktəbləri bağladı

Sudan prezidenti Fətullah Gülənə bağlı məktəbləri bağladı

  • 3-08-2016, 10:14
  • dunya
  • 178
Sudan prezidenti Fətullah Gülənə bağlı məktəbləri bağladı
















Sudan hökuməti Türkiyədə dövlət çevrilişi cəhdindən sonra Fətullah Gülənə bağlı təhsil müəssisələrini bağlamaq haqqında qərar qəbul edib

RİA Novosti xəbər verir ki, bunu Türkiyənin Xartumdakı səfir Camaləddin Ayhan ölkəsində baş vermiş son hadisələrin müzakirəsinə həsr olunmuş forumda bildirib.

“Sudan prezidenti ölkəsində Gülənə bağlı bütün məktəblərin bağlanmasına qərar verib”, - deyə səfir vurğulayıb.

C.Ayhan deyib ki, rəsmi Ankara yaranmış vəziyyətlə bağlı Xartumun həmrəyliyini qiymətləndirir:

“Sudan prezidenti Ömər əl-Bəşir hadisənin ertəsi günü Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana şəxsən zəng vurmuş azsaylı dövlət başçılarından biri idi”.
Oxşar xəbərlər
«    Oktyabr 2018    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Mədəniyyət