» » Vergilər Nazirliyi necə problem yaradır - ŞİKAYƏT VAR

Vergilər Nazirliyi necə problem yaradır - ŞİKAYƏT VAR

  • 19-07-2016, 13:06
  • yuxari
  • 272
Vergilər Nazirliyi necə problem yaradır - ŞİKAYƏT VAR














Bazar iqtisadiyyatı olan ölkələrdə kiçik sahibkarlığa böyük əhəmiyyət verilir. Məhz bu da əmtəə bazarında azad rəqabət yaradır və defisitin aradan qalxmasına rəvac verir.

Kiçik sahibkarlığın sayəsində dövlətin dayağı yaranır və ölkədə sabitliyə zəmanət formalaşır.Azərbaycanın dövlət başçısı İlham Əliyev dəfələrlə bəyan edib ki, kiçik sahibkarlığa dəstək verilməlidir. Dövlət başçısının sözləri hər zaman da əməli ilə düz gəlib. Bu gün Azərbaycan Prezidentinin tapşırıqları ilə dövlət kiçik biznesin inkişafına müxtəlif subsidiyalar ayırır.

Sahibkarlara cüzi faizlərlə kredit verilir. Kommersiya şirkətlərinin qeydiyyatlarının asanlaşdırılması üçün elektron ünvan qeydiyyatı sistemi yaradılıb. Demək olar ki, sahibkarların fəaliyyəti və inkişafı üçün hər cür şərait yaradılıb. Lakin Azərbaycanda hələ də məmurlardan ibarət kasta var ki, kiçik biznesə “sağmal inək” kimi yanaşır. Məmur kastası ciddi şəkildə narahat olub ki, dövlət başçısının yürütdüyü siyasət ölkədə müasir düşünən, yeni iş yerləri açaraq ölkəni çiçəkləndirməyə yardım edən biznesmenlər təbəqəsinin yaranmasına səbəb olar.

Korrupsioner məmurlar anlayırlar ki, Prezidentin kiçik biznesi möhkəmləndirməyə yönələn siyasəti gec-tez məmur kastasının da gücünü sarsıda bilər.Sahibkarların özləri də bizə bildirir ki, xüsusən, bu istiqamətdə Vergilər Nazirliyinin yerli sahibkarlara hər vasitəylə problem yaradan korrusioner məmurları canfəşanlıq edir.

Bu günlərdə bizə müraciət edən sahibkar Mahmud Rasim oğlu Tağıyevin sözlərinə görə, iyulun 15-də Vergi Ödəyicilərinə Xidmət Mərkəzində “ASAN-imza”dan istifadə etməklə, yeni şirkət yaratmağa cəhd edib.

“Amma mərkəz əməkdaşları Vergilər Nazirliyinin “4444-H” nömrəli qadağa tətbiq etdiyini deyərək, mənim şirkətimi qeydə almaqdan imtina etdilər”,- Mahmud Tağıyev LEGİON.AZ-a bildirdi.

“Bu qadağa nə mənaya gəlir?”, – deyə soruşduq.“Qətiyyən anlamıram. İyulun 18-də öz şirkətimi elektron imza ilə qeydiyyatdan keçirmək istədim. Mənə yenidən rədd cavabı verildi. Bunu bir daha “4444-H” nömrəli qadağa ilə əlaqələndirdilər. Yenidən aydınlaşdırmaq istədim ki, bu qadağa nə mənaya gəlir, amma dəqiq cavab əldə edə bilmədim. Mərkəz əməkdaşlarından biri dedi ki, bu, onunla əlaqəlidir ki, Vergilər Nazirliyi bir adama bir neçə şirkət açmağı qadağan edib. Bu nə cəfəngiyyatdır. Fərqi nədir ki, adıma neçə şirkət var? Axı hər yeni şirkət yeni iş yerləri və dövlət büdcəsinə yeni vergi mədaxili deməkdir. Bu rədd cavabını mən qanunsuz hesab edirəm və müvafiq şikayətlə Vergilər Nazirliyinə müraciət etmişəm”, – deyə Mahmud Tağıyev LEGİON.AZ-a vurğuladı.

Biz də öz növbəmizdə aydınlaşdırmaq istədik ki, “4444-H” nömrəli qadağa nə anlama gəlir?. Bizi maraqlandıran bu suala cavab əldə etmək üçün, Vergilər Nazirliyinin “Qaynar xətt”inə zəng etdik.

“Qaynar xətt”in əməkdaşı Əli Hacıyevin sözlərinə görə, o, “4444-H” qadağasının nə məna kəsb etməsindən xəbərsizdir.

“Qoy Mahmud Tağıyev şikayət etsin”, – deyə Ə.Hacıyev təklif etdi.“O artıq şikayət edib”, – deyə qeyd etdik.“Çox gözəl. Biz mütləq 15 gün içində ona cavab verəcəyik”, – deyə Vergilər Nazirliyi əməkdaşı bildirdi.

Tanınmış hüquqşünas Osman Kazımov LEGİON.AZ-a bildirdi ki, Mahmud Tağıyev Vergi Ödəyicilərinə Xidmət Mərkəzinə yazılı formada müraciət etməlidir: “Bu mərkəz yenə də Mahmud Tağıyevə rədd cavabı versə, sahibkar mərkəzi məhkəməyə verə bilər”. Mahmud Tağıyevin özü isə bildirdi ki, problemi məhkəmə yolu ilə həll etmək niyyətində deyil. “Mən istəmirəm ki, Vergilər Nazirliyinin imicinə xələl gəlsin. Düşünürəm ki, mənim şirkətimin qeydiyyatına əngəl yaradan məmurlar tezliklə öz səhvlərini anlayacaqlar”, – deyə sahibkar əlavə edib.
Oxşar xəbərlər
«    Noyabr 2018    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 

Mədəniyyət