» » Əfsanəvi futbolçu ağır xəstələndi

Əfsanəvi futbolçu ağır xəstələndi

  • 13-10-2015, 08:24
  • bolge
  • 259
Əfsanəvi futbolçu ağır xəstələndi
Almaniya millisinin və "Bavariya"nın yaşayan əfsanəsi Herd Müller ağır xəstəliyə düçar olub.
Əfsanəvi futbolçu ağır xəstələndi
"Bavariya"nın rəsmi saytının yaydığı məlumata görə, sabiq forvard artıq bir müddətdir ki, altsaymer xəstəliyindən əziyyət çəkir. Münhen təmsilçisinin İdarə Heyətinin sədri Karl-Haynts Rummenigge klubun rəsmi saytında Müllerin "Bavariya"nın və Almaniya millisinin tarixində önəmli yer tutduğunu və ona hər cür dəstək olacaqlarını bildirib.

1964-1979-cu illər aralığında "Bavariya"nın şərəfini qorumuş Müller, bu müddətdə keçirdiyi 585 oyunda 533 dəfə rəqib qapılara yol tapıb. O, Münhen təmsilçisinin heyətində 4 dəfə Almaniya çempionluğunu və 3 dəfə Çempionlar Kubokunu qazanıb.

Bu il 70 yaşını qeyd edəcək Müller bundan başqa Almaniya millisiylə birlikdə bir dəfə dünya, bir dəfə isə Avropa çempionluğuna yiyələnib. O, millinin heyətində meydana çıxdığı 62 oyunda 68 qola imza atıb.
Oxşar xəbərlər
«    Noyabr 2018    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 

Mədəniyyət