» » “Qaçqınkom“un Beyləqandakı nümayəndəsi Allahverdi Əzizov oliqarxa çevrilib

“Qaçqınkom“un Beyləqandakı nümayəndəsi Allahverdi Əzizov oliqarxa çevrilib

“Qaçqınkom“un Beyləqandakı nümayəndəsi Allahverdi Əzizov oliqarxa çevrilib


Əli Həsənovun işçisi bu qədər var-dövləti necə yığıb? Prezident İlham Əliyev hər çıxışında, məmurlarla keçirdiyi müşavirədə vətəndaşları incitməməyi, özbaşınalıq etməməyi, özlərinin və ailə üzvlərinin hərəkətlərinə diqqət yetirməyi, qanunları icra etməyi tapşırır. Amma təəssüf ki, bəzi məmurlar bundan nəticə çıxartmır, yenə öz bildiklərini edir, dövləti və vətəndaşları talamaqla özlərinə var-dövlət yığırlar. Beyləqan rayonundan MilliYol.Az-ın redaksiyasına daxil olan elektoron müraciətdə bildirilir ki, Qaçqın və Məcburi Köçkünlərin Problemləri iş üzrə Dövlət Komitəsinin rayon üzrə nümayəndəsi Allahverdi Əzizov da dövlətin və xalqın hesabına varlanan məmurlardan biridir. Məlumatı verən şəxs bildirir ki, uzun illərdir vətəndaşları incitməklə məşğul olan "Qaçqınkom"un nümayəndəsi məcburi köçkünlərin hesabına özü üçün böyük var-dövlət toplaya bilib. "Uzun illərdir "Qaçqınkom"un Beyləqan nümayəndəsi olan Allahverdi Əzizovun bu illər ərzində əsas işi bizim hesabımıza özünə var-dövlət toplaması olub. O, Beyləqanda məskunlaşmış məcburi köçkünlərə ayrılan yardımalrı mənimsəyir, hətta vətəndaşları təhqir və təhdid etməkdən belə çəkinmir. Allahverdi Əzizov bu gün özü üçün böyük biznes şəbəkəsi qurub. Bütün bu var-dövləti isə məcburi köçkünlərin hesabına yığıb" - deyə mənbə bildirir. Bizə məlumat verən şikayətçinin sözlərinə görə, hər il qış aylarında Allahverdi Əzizovla məcburi köçkünlər arasında münaqişələr yaranır. Çünki o, dövlətin məcburi köçkünlər üçün ayırdığı yanacaq payını mənimsəyir. Amma Beyləqan şəhərindəki baxça və bəzi dövlət binalarında məskunlaşmış məcburi köçkünlər neft yanacağından istifadə etmir. Çünki şəhərdə elektrik enerjisi daimidir və insanlar evlərini elektrik peçləri ilə qızdıra bilir. Bu fürsətdən yararlanan Allahverdi Əzizov məcburi köçkünlərə nefti ona satamağı təklifi edir. "Qaçqınkom" nümayəndəsi 1 litr nefti məcburi köçkünlərdən 30 qəpiya alaraq, rayondakı yanacaqdoldurma məntəqələrinə satır. İddiaya görə, Allahverdi Əzizov hər il qış aylarında təkcə yanacaq maxinasiyasından külli miqdarda qazanc əldə edir. Bunun nəticəsidir ki, "Qaçqınkom" nümayəndəsi biznesmen məmura çevirilib. Məlumatda qeyd olunur ki, hazırda Beyləqan Mədəniyyət evinin yanındakı parkın içindəki obyektlər Allahverdi Əzizova məxsusdur. Həmin obyektlər çayxana kimi fəaliyyət göstərir. Həmçinin biznesmen-məmur həmin parkı da uzunmüddətli icarəyə götürüb. Mənbəmiz deyir ki, Allahverdi Əzizov məcburi köçkünlərin yardımının hesabına Beyləqan şəhərində özünə dəbdəbəli ev, Bakı şəhərində mənzil, oğluna "Prado" markalı avtomobil, özünə bahalı maşın alıb, Şahsevən kəndində dörd yol deyilən ərazidə tikinti matrealları topdan satışı mağazası açıb. Həmin obyektdə hazırda 100 min manatlıq tikinti materialı var. Allahverdi Əzizovun "dörd yol"dakı obyekti Maraqlıdır ki, maaşı 600 manat belə olmayan Allahverdi Əzizov bu qədər mal-mülkü, obyekti necə əldə edib? MilliYol.Az-a məktub göndərən şikayətçi Qaçqın və Məcburi Köçkünlərin Problemləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənova da müraciət edib. Həmin şəxs komitə sədrindən Beyləqandakı nümayəndəsinin qanunsuz əməllərinə son qoymağı xahiş edib. Şikayətçi əks tədqirdə Prezident İlham Əliyevə şikayət edəcəklərini bildirib. Qeyd edək ki, məlumatı saytımızın elektron ünvanına göndərən şəxs yaxın günlərdə Allahverdi Əzizovun özünə və oğluna məxsus avtomobillərin, dəbdəbəli evinin və digər obyektlərinin fotolarını təqdim edəcəyini bildirib. Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq...

bizimhedef.info
Oxşar xəbərlər
«    Oktyabr 2018    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Mədəniyyət