Bakıda əri tərəfindən döyülən qadın uşağını qoyub evdən qaçdı

Bakıda əri tərəfindən döyülən qadın uşağını qoyub evdən qaçdı




















“Qısqanclıq yaradırdı, səhv edirdi”

Bakıda əri tərəfindən döyülən qadın uşağını qoyub evdən qaçıb.

Bu barədə “Təmiz Dünya” Qadınlara Yardım Təşkilatının rəhbəri Mehriban Zeynalova məlumat verib.

O bildirib ki, bir müddət öncə təşkilatın sığınacağında bir qadın uşaqla həkim məntəqəsinə gedən zaman itkin düşmüşdü. Onlar bu barədə dərhal yaxınlıqdakı polis şöbəsinə məlumat veriblər:

“O ərəfələrdə həmin qadının yoldaşı bizə zəng vurub, qadının yerinin bildirilməsini xahiş etmişdi... Qadın itkin düşəndən sonra kişi bizə zəng vurub, polisin ondan izahat istədiyini və bizim vaxtında məlumatı gizlətdiyimizə görə cavab verəcəyimizlə hədələmişdi. O zaman kişiyə, qadının həyatının təhlükədə olduğunu əsas gətirdik. O isə “Mən heç vaxt onu döyməmişəm, sadəcə özü günahkar idi. Qısqanclıq yaradırdı, səhv edirdi, ona görə döyülürdü” deyirdi”.

M.Zeynalova qeyd edib ki, hazırda polisdən zəng vurublar, polis qadını tapıb. Məlum olub ki, sığınacaqdan qaçan qadın həyat yoldaşının yanına qayıdıb.

“O isə qadını gizlədirmiş... Hazırda qadının döyülməkdən ayağı tutulub, yeriyə bilmir. İşgəncədən bezən qadın bu dəfə uşağını qoyub evdən qaçıb...”.