» » Oktay Abbasov Ramiz Həsənovu devirməyə hazırlaşır – ÖZƏL

Oktay Abbasov Ramiz Həsənovu devirməyə hazırlaşır – ÖZƏL

Oktay Abbasov Ramiz Həsənovu devirməyə hazırlaşır – ÖZƏL


Dövlət Metrologiya Xidmətinin rəisi komitə sədri olmaq arzusundadır Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin tabeliyində olan qurumların fəaliyyəti barədə bu günə qədər mətbuatda az yazılıb. Bu, həmin qurumların müsbət fəaliyyət göstərməsi demək deyil. Sadəcə olaraq komitənin tərkibindəki həmin qurumların xidmət sahəsi bir qədər qəliz olduğundan mətbuat nümayəndələri araşdırma aparmağa bir o qədər də maraq göstərmirlər. Gundelik-baku.com-un əməkdaşları isə apardıqları qısa araşdırmalar nəticəsində komitə yanında Dövlət Metrologiya Xidməti barədə bəzi maraqlı informasiyalar əldə edib. Məlumat üçün bildirmək istəyirik ki, adıçəkilən xidmət dövlət kəmiyyət vahidləri etalonlarının əldə olunması, qorunub saxlanılması, dövlət etalonlarından kəmiyyət vahidlərinin ötürülməsini və bu sahədə dövlət siyasətinin həyata keçirilməsini təmin edən icra hakimiyyəti orqanıdır. Xidmətin fəaliyyət istiqamətlərinə bunlar daxildir: - Dövlət kəmiyyət vahidləri etalonlarının əldə olunması, qorunub saxlanması və dövlət etalonlarından kəmiyyət vahidlərinin ötürülməsi sahəsində dövlət siyasətinin həyata keçirilməsini təmin edir; - Dövlət kəmiyyət vahidləri etalonlarının əldə olunmasını, qorunub saxlanmasını və dövlət etalonlarından kəmiyyət vahidlərinin ötürülməsini təmin edir; - Metrologiya və ölçmələrin vəhdətinin təmin olunması sahəsində qanunvericilik bazasının təkmilləşdirilməsində iştirak edir; - Qanunvericiliklə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərir. Xidmətin rəisi isə Oktay Abbas oğlu Abbasovdur. O 15 may 1956-cı ildə Azərbaycan Respublikası Naxçıvan MR-nın Şərur rayonunda anadan olub. 1978-ci ildə Azərbaycan Neft və Kimya İnstitutunun İstehsal proseslərinin avtomatlaşdırılması fakültəsini bitirib. Əmək fəaliyyətinə Belarus Respublikasının Mozır şəhərindəki Nefayırma zavodunun nəzarət ölçü cihazları və avtomatika sexində başlayıb. 1984-1990-cı illərdə Bakı "Radioquraşdırma" İstehsalat Birliyinin Şərur şəhərindəki filialının rəisi, 1990-1992-ci illərdə Kosmik Tədqiqatlar Elmi-İstehsalat Birliyinin "Şərur" Təcrübə zavodunun direktoru, 1992-1994-cü illərdə Bakı "Radioquraşdırma" İstehsalat Birliyinin Şərur Radio zavodunun direktoru vəzifələrində işləyib. 1994-2002-ci illərdə Naxçıvan MR Şərur rayonu İcra Hakimiyyəti başçısının icra nümayəndəsi, 2002-2003-cü illərdə Bakı Metropoliteninin Birləşmiş Emalatxanalar Xidmətində rəis müavini olub. 2003-cü ildən Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində işləyir. 29 may 2012-ci il tarixindən Komitə yanında Dövlət Metrologiya Xidmətinin rəisidir. Əldə etdiyimiz məlumatlarda bildirilir ki, Oktay Abbasovun rəhbərlik etdiyi xidmət komitənin ən fəaliyyətsiz qurumlarından birinə çevrilib: «Xidmətin bir çox əməkdaşı demək olar ki, dövlətdən havayı maaş alır. Onların nə işlə məşğul olduğu bilinmir. Səhər işə gəlib kompüteri açıb oyun oynayır, sosial şəbəkələrdə gəzişirlər. İş vaxtı bitdikdə isə kompüteri söndürüb gedirlər. Xidmət daxilində nizam-intizam çox aşağı səviyyədədir. Bu isə Oktay müəllimin yarıtmaz idarəçiliyindən xəbər verir. O bütün işini atıb komitənin sədri Ramiz Həsənovla bağlı məlumatlar toplamağa başlayıb. Xidmət rəisi komitə rəhbəri barədə mətbuata faktları ötürməklə onun «vurulmasına» çalışır. Məqsədi isə odur ki, komitə sədrini devirib onun yerinə keçsin». Özəl mənbənin bildirdiyinə görə, Oktay Abbasov hər fürsətdə Ramiz Həsənovun əleyhinə təbliğat aparır, onun işçilər arasındakı nüfuzunu aşağı salmağa çalışır. Çox güman ki, Ramiz müəllimin onun ayağının altını qazmaq istəyən işçisindən xəbəri yoxdur. Elə isə komitə sədri diqqətli olmalı və Oktay Abbasovun fəaliyyətini ciddi nəzarətə götürməlidir. Yazı ilə bağlı qarşı tərəfi də dinləməyə hazırıq. Gundelik-baku.com
Oktay Abbasov Ramiz Həsənovu devirməyə hazırlaşır – ÖZƏL

bizimhedef.info


Oxşar xəbərlər
«    Noyabr 2018    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 

Mədəniyyət