İcra başçısı oğlunu aradan çıxarıb, xaricə göndərdi - ŞOK İDDİA

İcra başçısı oğlunu aradan çıxarıb, xaricə göndərdi - ŞOK İDDİA




















Raqub Məmmədov bunubnla Sənan Məmmədzadənin haqqında deyilənləri yalanlamağa çalışır, amma alınmır

Bir neçə gün öncə Ağdamın icra başçısı Raqub Məmmədovun oğlu Sənan Məmmədovla bağlı maraqlı məlumatlar yayılmışdı. Bu məlumatlar mediada yayıldıqdan sonra icra başçısı müxtəlif təzyiqlərə əl atmağa, məlumatların yayılmasını əngəlləməyə çalışdı. Hətta xəbəri yaydığı üçün JAM.AZ-ı məhkəməyə belə verib.

Bu gün rayondan redaksiyamıza Raqub Məmmədovun oğlu ilə bağlı yeni bir ilginc məlumat daxil olub. Məlumatda bildirilir ki, adı müxtəlif qalmaqallarda hallanan məmur oğlunun fəaliyyəti Prezident Adminstrasiyasında da diqqət çəkib və onunla bağlı bəzi çevrələrdə müzakirələr aparılıb. Bu da Raqub Məmmədovu ciddi narahat edib. Ona görə də qabaqlayıcı tədbirlər görməyə başlayıb.

Mənbə bildirib ki, icra başçısı öncə oğlunu rayondan uzaqlaşdırıb. Daha sonra onun xarici ölkələrdən birinə istirahətə getməsini təşkil edib. Bununla da o, oğlu ilə bağlı yayılan məlumatların yalan olduğunu göstərməyə çalışır. Məmmədov hesab edir ki, yuxarı dairələrə oğlunun hazırda Azərbaycanda olmadığını deməklə yaranmış çətin durumu həll edə bilər. "Amma artıq gecdir və Məmmədovun bu planından hər kəsin xəbəri var. O, nə qədər gizlətməyə çalışsa da, oğlu ilə bağlı faktlar artıq müzakirələrə səbəb olub", - məbə bildirir.

Qeyd edək ki, bir neçə gün öncə icra başçısının oğlunun yerli məmurları, idarə müdirlərini tez-tez cəzalandırdığı iddia olunurdu. Məlumatda vurğulanırdı ki, o, faktiki özünü rayonun icra başçısı kimi aparırır. Hətta vəziyyət elə bir həddə çatıb ki, icra başçısı özü də oğluna nəzarət edə bilmir. Onun tez-tez məmurlarla kobud rəftarı isə rayonda ciddi narazılıq yaradıb.

Onu da qeyd edək ki, bir müddət əvvəl Adamın icra başçısı Raqub Məmmədovun oğlu Sənan Məmmədzadənin cəbhə xəttində-səngərdə çəkdirdiyi fotolar yayılmışdı. Həmin xəbər sosial şəbəkələrdə və mediada ciddi rezonas doğurmuşdu. Həmin ərəfədə bu fotolara tez bir zamanda Müdafiə Nazirliyi tərəfindən reaksiya gəldi. Daha sonra isə xəbər yayıldı ki, Raqub Məmmədov oğlunun hərəkətinə görə, ciddi cəzalandırılıb və ona xəbərdarlıq edilib. Amma məmur övladlarının komfortlu və dəbdəbəli həyatı, zəngin yaşam tərzi onun bu davranışlarının davamlı olmasına şərait yaradır.

İcra başçısını isə qorxudan Prezident İlham Əliyevin məmur övladları ilə bağlı səsləndirdiyi fikirlərdir. O, gec-tez ağır sınaqla üzləşdiyinin fərqindədir.

Yazıdakı iddialarla bağlı qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

İcra başçısı oğlunu aradan çıxarıb, xaricə göndərdi - ŞOK İDDİA