Emin “Ən seksual kişi” seçildi

Emin “Ən seksual kişi” seçildi




















“Onunla hətta konsertlərdə səhnəyə də çıxmışam”

Rusiyanın starhit.ru saytı “Ən seksual kişi və oyuncağı” adlı sorğu keçirib.

20 məşhurun arasından siyahıda birinci yeri müğənni-bəstəkar Emin qazanıb.

“Müğənni bu yaxınlarda qibtə ediləcək subaylar sırasına qatılıb - bu ilin mayında onlar həyat yoldaşı Leyla ilə boşanmalarını elan etdilər.

Əgər motosikletlər barədə anlayışınız varsa, 35 yaşlı Eminin xoşuna gəlməkdə şansınız artar. Bu yaxınlarda onun kolleksiyasına eksklüziv U-boat Venenum motorcycle baykı əlavə edilib, modelin dizaynı üzərində keçmiş yarışçı İtalo Fontano işləyib.

“Bu modeli o bir nüsxədə özü üçün düzəltmişdi, mən isə onu mənə satmağa razı saldım. Motosikletin dəlicəsinə sürət yığmasına baxmayaraq mən risk etmirəm və qaydalara əməl edirəm”, - Emin deyir.

Birinci motosikletini Emin 10 il bundan öncə alıb.

“Bu, Harley Davidson idi. Onu Moskvada almışdım və mağazadan onu sürərək getdim. Növbəti – Yamaha - Bakıda aldım, onunla hətta konsertlərdə səhnəyə də çıxmışam” ” -, deyə məqalədə qeyd olunub.